- Tarixi
- V-VII yüzil
- YerləşməƏvvəlki toponim
Gəncə quberniyasının Qazax qəzasında, sonradan Çəmbərək rayonundakı Qoturbulaq kəndində.
- YerləşməHazırkı toponim
Gəncə quberniyası– Yelizavetpol, Çəmbərək rayonu–Krasnoselo, Qoturbulaq kəndi–Ttujur
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qalın divarları demək olarkı sağlam vəziyyətdədir. Alban kilsəsi olduğu üçün dam örtüyünün bir hissəsi dağılan kilsə ermənilər tərəfindən təmir edilməyib.[i]
[i] ttps://www.facebook.com/watch/?v=497878240969035
- Məlumat
Qoturbulaq kəndində yol kənarına yaxın təpəlik ərazidə qədim Alban məbədi yerləşir.[i] Azərbaycanlıların və tarix boyu türk tayfalarının yaşadığı kənddə müalicəvi əhəmiyyətli Turşsu bulağının olması qədim dövrdən buraya geniş əhali kütləsinin axışına səbəb olub. Məbəd dəyirmi formada, çay daşı və ağ əhənglə tikilib, qalın divarlardan və bir neçə kiçik pəncərələrdən ibarətdir. Qəhvə rəngli dam örtüyünün bir hissəsi uçub- dağılıb. Alban məbədi olduğu üçün ermənilər tərəfindən tarixi kilsənin təmirinə diqqət göstərilməyib.
1920-ci ilin sonuna qədər Gəncə quberniyasının Qazax qəzasının Çəmbərək nahiyyəsi kimi Azərbaycanın tərkibində olan Çəmbərək rayonunun ərazisində o dövrdə cəmi iki erməni kəndi mövcud olub.
Qoturbulaq kəndi tarix boyu türk tayfalarının yaşadığı ərazi olub. Alban kilsəsi və kənd ərazisindəki türk mənşəli abidələr buraların tarixi azərbaycanlı yurdu olduğuna dəlalət edir
[i] ttps://www.facebook.com/watch/?v=497878240969035
