- Tarixi
- V-VII yüzil
- YerləşməƏvvəlki toponim
Gəncə quberniyasının Qazax qəzasında, indi Çəmbərək rayonundakı Qoturbulaq kəndində
- YerləşməHazırkı toponim
Gəncə quberniyası– Yelizavetpol, Çəmbərək rayonu–Krasnoselo, Qoturbulaq kəndi–Ttujur
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1988-1989-cu illərdə Qoturbulaq kəndinin sakinləri Ermənistandan deportasiya edildikdən sonra kənddəki qədim qəbiristanlıqdakı qəbirüstü abidələrin bir qismi ermənilər tərəfindən dağıdılıb. [i] Qalan bir neçə qəbirüstü abidənin üstünə isə erməni elementləri əlavə ediləcək, mənimsənilib. Abidəyə baxarkən onların üstünə ermənilər tərəfindən əlavə olunan elementlərin dəlici və kəsici alətlər istifadə olunaraq qoyulduğu bariz şəkildə görünür.
[i] https://www.facebook.com/watch/?v=497878240969035
- Məlumat
Kəndin təpəlik ərazisində ağacların əhatəsində yerləşən qədim qəbiristanlıqda qalan üç abidədən biri olan hamar qəbirüstü daşın üstünə dəlici və kəsici alətlərdən istifadə edilərək üç ədəd xaç işarəsinin yaxın zamanda əlavə olunduğu və abidənin aşağı hissəsinin üzərində həkk olunmuş orijinal elementləri ört–basdır etmək üçün qara rəngli boya ilə rəngləndiyi, digərində iki ədəd xaç işarəsi, üçüncüyə isə bir ədəd böyük qəbirdaşı boyunca xaç daşı elementinin əlavə edildiyi görünür.[i] Kənd 1918-1919-cu illərdə ermənilərin hücumlarına məruz qalıb. 1920-ci ilin sonuna kimi Gəncə quberniyasının Qazax qəzasının Çəmbərək nahiyəsi kimi Azərbaycanın tərkibində olub. Kəndə ermənilər də İrəvan xanlığı Çar Rusiya tərəfindən işğal edildikdən sonra Anadoludan köçürülüb. SSRİ dövründə isə erməniləri bu yerlərə köçürməklə daha üç erməni kəndi yaradıldı: Yeni Başkənd, Martuni və Orconokidz.[ii] Kənd müalicəvi əhəmiyyətli Turşsu bulağının yaxınlığında salındığı və xəstə olan, qotura tutulan həmin sudan istifadə etdiyi üçün Qoturbulaq adlandırılıb. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Sonradan kəndin adı dəyişdirilərək Ttucur (Turşsu) qoyulmuşdur.
Qoturbulaq kəndində mövcud olan Alban qəbirüstü abidələri kənddə azərbaycanlıların qədim tarixi keçmişi olduğuna işarə edir.
