Əsas şəkil

Qurduqulu kar-vansarası

Tarixi
XVII-XVIII yüzil
Yerləşmə
Əvvəlki toponim

Sərdarabad ma­halının Qurdu­qulu rayo­nun­da

Yerləşmə
Hazırkı toponim

Qurduqulu –9.09.1930-2.03.1935-ci illərdə Sərdar­abad rayonu, həmin tarixdən 1992-ci ilə qə­dər–Oktem­ber­yan (Oktyabr), 1992-ci ildən Armavir adlandırılıb.

Təsnifatı

Memar­lıq

Mövcud vəziyyəti

Karvansaranın üst tavan hissəsi uçub dağılıb. 3 tağlı hissə, kə­nar divarları  və 2 orta divarı qis­mən sağlam vəziyyətdə qa­lıb.[i]

Azərbay­can abidəsi olduğu üçün er­mənilər tərəfin­dən res­tav­rasiya edil­­mə­yib. Qur­duq­lu kar­van­sarası er­mə­ni­lər tərə­fin­dən mənim­sə­nilə­rək, er­məni abidəsi ki­mi turistlərə təq­dim olunur.

 


[i] https://www.facebook.com/photo/?fbid=121445631264909&set=a.104869906255815


[i] https://www.facebook.com/photo/?fbid=121445631264909&set=a.104869906255815

Məlumat

Qurduqlu rayonu ərazisinində yerlə­şən qədim və böyük karvansaranın hüc­rə­ləri və ibadət otaqları var idi. Kar­van­sa­ra­da karvanların dayanacaq yeri, meh­man­­xana tipli istirahət otaq­ları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axur­lar, ticarət mallarının saxlanması üçün anbar, müxtəlif əşya satan dükan, yemək­xana vardı.[i]Çay və qaya daşlarından inşa edilən karvansaranın uzunluğu 35–40 metr, eni 12–15 metr, hündürlüyü isə 4,5–5 metr civarında idi. 3 tağlı kar­vansaranın sağ və sol tərəfində otaq­lar, ortasında isə dəhliz yerləşirdi. Bütün otaqlar dəhlizə çıxırdı. Kara­van­sarada 18–20 civarında otaq möv­cud olub.

Azərbaycan­lıla­ra məxsus kar­vansara bu­rada da ərazi­nin azər­­bay­can­lıla­rın yurd yeri olduğunu gös­tərir. 1988-ci ilə qədər azərbay­can­lıla­rın yaşa­maqda davam et­dikləri və hə­min il tərk et­məyə məcbur ol­duqları yaşa­yış məntə­qə­lə­rin­­dən biridir.[i] 
 


[i] "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи   1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014–12–22. İstifadə tarixi: 29 iyul 2015..


 


[i] https://www.facebook.com/photo/?fbid=121445631264909&set=a.104869906255815