Əsas şəkil

Qursalı kəndində mağara (zağa)

Tarixi
XII yüzil
Yerləşmə
Əvvəlki toponim

Pəmbək maha­lının Hamamlı rayonunda Qur­salı kən­dində 

Yerləşmə
Hazırkı toponim

Hamamlı rayo­nu – Spitak, Qur­­salı kəndi–kəndin adı də­yişməyib.

Təsnifatı

Arxeoloji abidə

Mövcud vəziyyəti

Tarixi abidəni er­mənilər Kiro­vakan–Spitak yolunu geniş­lən­dirmək adı altında 1970-ci illərdə dağıdıb­lar.

Məlumat

Mağara (zağa) Hamamlı (Spitak) rayo­nu­nun Qursalı kəndində yerləşir.

Zağa deyilən tarixi abidə Əfəndi dərəsinə yaxın ərazidə idi. Mağaranın içərisində Azərbaycan tarixinin müx­təlif dövrlərinə aid daşüstü təsvirlər, kitabələr mövcud olub. Tarixi abidəni ermənilər Kirova­kan–Spitak yolunu genişləndirmək adı altında 1970-ci illərdə dağıt­dı­lar.[i]Kənddə 1831-ci ildə 73 nəfər, 1873-cü ildə 445 nəfər, 1886-cı ildə 545 nəfər, 1897-ci ildə 713 nəfər, 1904 - cü ildə 824 nəfər, 1914 - cü ildə 999 nəfər, 1916-cı ildə 877 nəfər yalnız azərbay­canlı yaşa­mış­dır.[ii]

1918-ci ildə kənd erməni qətliamına  məruz qalıb, azərbaycanlılar depor­tasiya olunmuşdur. İndiki Ermənis­tanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar ata–baba yurd­la­rına qayıda bilmişdir. Bu­rada 1922-ci ildə 839 nəfər, 1926-cı ildə 954 nəfər, 1931-ci ildə 1033 nə­fər,[iii] 1987-ci ildə 2700 nəfər[iv] yalnız azərbaycanlı yaşa­mışdır. 1988-ci ilin noyabr ayının axır­larında Ermənistan dövləti tərəfindən azər­baycan­lılar tarixi–etnik torpaqlarından qırğın­larla deportasiya edilmişdir. Kənddə hal–hazırda ermənilər yaşayır.

Erməni mən­bə­lərində kəndin adı­nın Qursalı for­masında iş­lənməsi[i] toponim kimi Kən­gər türk tayfa­sın­dan olan “xurs” etno­ni­mi ilə[ii] Alı şəxs adı əsa­sın­da əmələ gəl­­miş­dir. "Xurs (qurs) tay­fasın­dan olan Alıya məx­sus kənd" mə­nasını ifadə edir. Etnotopo­nim­dir. Quru­luş­ca mürəkkəb toponimdir.
 


[i]  Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.132

[ii]Qeybullayev Q.Ə. Qarabağ (etnik və siyasi tarixinə dair), Bakı, “Elm”, 1990. s.101–104 

 


 


[i] Rəşid Namaz, Vaqif Sayadoğlu. “Pəmbək mahalının Qursalı kəndi”. Bakı, “Adiloğlu”, 2007. Səh.17

[ii]Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.52–53, 132–13 

[iii]Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.52–53, 132–133 

[iv] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.25, 167