Qurumsulu abidəsi
İndiki Ermənistanın Tavuş bölgəsindəki Barana (Noyanberyan) rayonunun Dostluq-Qurumsulu kəndində.
Dostluq-Qurumsulu kəndinin adı dəyişdirilərək Barekamavan adlandırılıb.
Memarlıq
Abidənin günbəzi ermənilər tərəfindən uçurulub. Ermənilər abidənin şərq pəncərəsinə 2004-cü ildə xaç şəklli bir daş quraşdıraraq, bu abidənin erməni xristian dövrünə aid olduğunu iddia etməyə başlayıblar. Lakin bu xaç daşının abidənin interyerinə və ümumi quruluşuna heç bir aidiyyatı yoxdur və o, heç bir mahiyyət daşımır [i].
[i] https://mtm.az/x%C9%9 9b%C9%99rl%C9%99r/erm%C9%99nistandaki-q%C9%99dim- az%C9%99rbaycan- abid%C9%99sinin- gork%C9%99mind%C9%99-v%C9%99-t%C9%99
İndiki Ermənistanın Tavuş bölgəsindəki Barana (Noyanberyan) rayonunun Dostluq-Qurumsulu (Barekamavan) kəndindəki xristianlığa qədərki dövrə aid olan abidə öz mövcudluğunu qoruyub saxlasa da, onun orijinal görkəmində və təqdimatında ciddi pozuntulara yol verilib.
Qurumsulu (Barekamavan) kəndinin yaxınlığında yerləşən bu abidənin tədqiqatı zamanı praktik olaraq heç bir məlumata rast gəlmədik. Abidənin inşa tarixinin eramızın IV əsrə aid olduğu güman edilir. Memarlıq quruluşuna görə abidə 14 guşəli, günbəzli türbə üslubunda inşa edilib. Abidənin karnizi müxtəlif heyvan heykəlləri ilə bəzədilib. Ermənistan hökumətinin müvafiq qurumları abidəni ibadətgaha çevirmək istəsələr də, yerli sakinlər abidənin onların dininə heç bir aidiyyatı olmadığını düşünürlər. Qəribədir ki, abidəni mənimsəməyə cəhd edən ermənilər, abidənin adında fərq etmədən türk toponimindən istifadə ediblər. Belə ki, abidənin adını khach (xaç) yəni xaçlı abidə kimi səsləndirirlər[i][ii].
Qurumsulu abidəsi qədim Azərbaycanın misilsiz gözəlliyə malik və az öyrənilən abidələrindən biridir.
[i] Мурзаев, Э.М. Словарь народных географических терминов / Э.М.Мурзаев . – М.: Мысль, 1984 . – C. 320.
[ii] https://mtm.az/x%C9%9 9b%C9%99rl%C9%99r/erm%C9%99nistandaki-q%C9%99dim- az%C9%99rbaycan- abid%C9%99sinin- gork%C9%99mind%C9%99-v%C9%99-t%C9%99