- Tarixi
- V-VI yüzil
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Şərur–Dərələyəz qəzasında, yerləşən Paşalı (Əzizbəyov), rayonundakı Quşçu kəndində
- YerləşməHazırkı toponim
Paşalı rayonu 12.10.1956-cı ildən Əzizbəyov, 19.04.1991-ci ildən–Vayk, Quşçu kəndi isə 12.11.1946-cı ildən–Keçud
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qəbiristanlıqda ucaldılan strel abidəyə erməni elementləri əlavə olunub, erməni abidəsi kimi təqdim edilir.
- Məlumat
Alban dövrünə aid olduğu təxmin edilən qəbirüstü strel heykəl Quşçu kəndinin kənarındakı çayda qurulan elektrik stansiyası yaxınlığındakı yüksək tətədəki qədim qəbiristanlıqda yerləşir. Abidə aşağıdan eni 1,2 metr, uzunluğu 1.5 metr, hündürlüyü isə 2.2 metr olan dördkünc divar və onun üzərinə qoyulmuş hündürlüyü 3,5–4 metr civarında olan sütundan ibarətdir. Dödkünc yastı sütunun eni 0.4 sm, uzunluğu 0,70 sm civarındadır. Abidə boz daşdan dekorativ görkəm verilərək, ustalıqla hazırlanıb.[i]
Kənddə 1897-ci ildə 631 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşayıb.[ii] Azərbaycanlılar ərazidən 1905-1906-cı illərdə kütləvi surətdə deportasiya olunub. Kənd Arpaçayın sol sahilində yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə Quşçu xarabası kimi[iii], Qafqazın 5 verstlik xəritəsində Quşi formasında[iv] qeyd edilmişdir.
Toponim qədim “quşçu” türk etnonimi[i] əsasında yaranmışdır. Etnotoponimdi. Quruluşca sadə toponimdir.
[i] Vəlili (Baharlı) M. Azərbaycan (coğrafi–təbii, etnoqrafik və iqtisadi mülahizat). Bakı, Azərnəşr, 1993, s.208
[i] https://www.facebook.com/photo/?fbid=119712308104908&set=a.103688689707270
[ii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90–91
[iii] İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.60
[iv] Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.152
