- Tarixi
- VI-VII yüzil
- YerləşməƏvvəlki toponim
Vedibasar mahalı Vedi rayonunun Zarıncı dağının ətəyində, Xosrov çayının üstündə Ağkənd kəndinin aşağı hissəsində yerləşir.
- YerləşməHazırkı toponim
Ağkənd kəndinin adı 1966-cı ildə ermənicə Aşotavan adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1988-ci il deportasiyasından sonra erməniləşdirilib.
- Məlumat
Mahalın Vedi nahiyəsinin tarixi abidələrlə zəngin kəndlərindən biri Ağkənd idi. Məşhur Xosrov Palıd meşəliyinin yaxınlığında Xosrov çayının üstündə və həmin meşəliyin əhatəsində olan Ağkənd kəndinin aşağı hissəsində Kilsə dərəsinin üstündəki sıldırımlı qayalıqların arasında birotaqlı ibadət ocağı (məbəd) yerləşirdi.
Məbədin divarlarına hörülmüş daş lövhədə bu tikilinin Sasani hökmdarı II Xosrov Pərvizin (570-628) qızı Saçlı xanımın şərəfinə inşa edildiyi bilinir [i].
Vedi bölgəsinin bu nahiyəsində də müxtəlif türk boyları yaşayıb, hakimiyyət və həmin ərazilərdəki bütün maddi mədəniyyət nümunələri yalnız onlara məxsus olub.
[i] http://www.anl.az/down/meqale/olaylar/2020/fevral/701141.htm
