Əsas şəkil

Salah kəndində alban məbədi

Tarixi
XI-XII yüzil
Yerləşmə
Əvvəlki toponim

Karvansara rayonu, Tərsəçay sahilindəki Salah kəndində

Yerləşmə
Hazırkı toponim

Karvansara rayonu 09.09.1930-cu ildən–İcevan, Salah kəndi 3.04.1991-ci ildən–Ağavnavank

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Salah kən­din­dəki kiçik al­ban məbədinin er­mə­nilər tərə­fin­dən üzərinə er­mənicə ya­zılar və xaç ele­ment­ləri  əlavə edi­lib,  mə­nimsə­ni­lib. Hal-ha­zır­kı dövr­də er­məni abidəsi ki­mi təqdim olu­nur.

Məlumat

Salah kəndindəki XI-XII yüzilə aid kiçik alban məbədi Tərsə çayının qara daş­larından istifadə edilərək tikilib. Qədim məbədin kiçik dördkünc pən­cərəsi və pəncərənin yuxarısındakı üst dam hissədə  üst tərəfi düz, alt tərəfi oval ikin­ci pəncərə mövcuddur. Eni 3 metr, uzunluğu 4 metr və hündürlüyü isə 3.5 metr civarında olan məbəd er­mənilər tərəfindən qismən restav­rasiya olunub. Restavrasiya ərəfəsində məbəd pəncərə­sinin sağ tərəfinə böyük erməni xaçları divar oyularaq oraya yerləş­dirilib.[i] Kənddəki böyük  Ağav­na­vang məbədi kəndin qədim və dərin tarixi keçmişə malik olduğuna dəlalət edir. Strateji ərazidə yerləşən kəndin coğrafi mövqeyi və təbiət mənzərəsi kəndin inkişafında rol oynayıb. (Qeyd: Kəndin tarixi və coğrafi mövqeyi ilə əlaqəli ətraflı mə­lumat  Ağavnavang məbədi bölməsin­də yer alıb)

1988-ci ildə an­­caq kənddə ya­şa­yanları nəzərə alsaq, cəmi 300 ailə­dən ibarət olan Salah və Əmir­xe­yir kənd­lə­rində do­ğul­muş olan azərbaycanlı 11 elmlər dok­toru, 29 elmlər na­mizədi var idi. Bu rəqəm hər 7–8 ailəyə bir alim düşdü­yünü gös­tərir. Bu, çox yerlər­də rast gə­lin­məyən, kifa­yət qədər yük­sək göstərici idi.[i]


 


[i] https://az.wikipedia.org/wiki/Salah


 


[i] ttps://www.facebook.com/watch/?v=1688776304715842