Əsas şəkil

Salah kəndində daş körpü

Tarixi
XI-XII yüzil
Yerləşmə
Əvvəlki toponim

Karvansara rayonu, Tərsəçay sahilindəki Sa­lah kəndində

Yerləşmə
Hazırkı toponim

Karvansara ra­yonu 09.09.1930-cu ildən–İcevan, Salah kəndi 03.04.1991-ci ildən–Ağavnavank

Təsnifatı

Memarlıq 

Mövcud vəziyyəti

Salah kəndində azərbaycanlıla­rın inşa etdiyi kör­pü hal–ha­zırkı dövrdə er­mə­nilər tərə­fin­dən mənimsə­ni­lib, istifadə olu­nur. 

Məlumat

XI-XII yüzildə Tərsə çayı üzərində Salı­nan daş körpü memarlıq və arxi­tektura baxımından indiki Azərbaycan ərazi­sin­dəki körpülərlə oxşarlıq təşkil edir. Tək tağlı daş körpü çayın gur axan yerində salınıb.[i] Tikintisində qaya və çay daş­la­rından istifadə olunub. Körpünün  uzun­luğu 10–12 metr, eni 3–3,5 metr, hün­dürlüyü isə 6–7 metr civarındadır. Azər­baycan­lıların kənddə yaşadığı 1988-ci il deportasiyasından əvvəlki illərdə körpü­nün üstünə dəmir konstruksiya və dəmir məhəccər əlavə olunub. 

Körpü kəndin ot­laq, yaylaq və əkin–biçin sa­­hə­ləri ilə kommu­ni­kasi­ya­nın qu­rul­ma­sında və kən­din sosial–iq­tisadi  həyatında mü­hüm rol oyna­yır.
 


[i] https://www.facebook.com/watch/?v=1688776304715842