Əsas şəkil

Sarı Baba ocağı

Tarixi
İlkin orta əsrlər dövrü
Yerləşmə
Əvvəlki toponim

Amasiya ilə Kalinino ra­yon­ları ara­sın­da sər­həd­də, Amasiya rayonu əra­zi­sində

Yerləşmə
Hazırkı toponim

Kalinino rayonu – 03.03.1935-ci ilə qədər Vorontsov­ka, 1991-ci ildən Taşir, rayonu ad­lan­dırılıb.

Təsnifatı

Memar­lıq

Mövcud vəziyyəti

Azərbaycanlı-ların 1987–1991-ci illərdə baş verən so­nun­cu depor­tasi­yasından sonra onların sakral inanc yer­lərindən olan Sarı Baba ocağı ziyarət­ga­hı ermənilər tərəfindən da­ğı­dılıb.

Məlumat

Sarı Baba ocağı Amasiya ilə Kali­nino rayonunun sərhədində, Qaraxaç kən­dinə yaxın hündür yamacda “Qa­­ro­vultəpə” deyilən ərazidə yer­lə­şirdi. Sarı Baba ocağı qədim ocaq­lardın biri idi. İlkin orta əsrlərə aid abidə olub. Sa­rı Babanın məza­rının ol­du­ğu yer müqəddəs ocaq ki­mi yerli və ət­raf kənd­lərin əhalisi tərə­findən zi­ya­­rət olunur­du. Ziyarətgah 3–4 metr­­liyində nəhəng daşdır. Ət­rafı hasa­ra alınıb. Sınaqlı zi­yarətgah he­sab olu­nurdu. İnsanlar nəzir ve­rib, dualar edib, qurbanlar kəsərdilər[i]

Azərbaycan və mü­səl­­man-türk dün­­­ya­sı­nın dini-irfani ocaq­­­ları ki­­mi Sarı Baba zi­yarətgahı da tarixi tor­­­paq­lar­dakı Azər­bay­­can mə­­­də­ni irsi­nin nü­mu­­­nəsidir. İn­san­­la­rın ümid və arzuları üçün pənah apardığı pir xalqın sakral inancını təm­sil edir.
 


[i] Səmimi Tacir, Azərbaycan Folklor İnstitunun əməkdaşı, tədqiqatçı alim