- Tarixi
- X-XI yüzil
- YerləşməƏvvəlki toponim
Göyçə mahalı Basarkeçər rayonunun Daşkənd kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu – Vardenis, Daşkənd kəndi– 19.04.1991-ci ildən – Hayrik
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Daşkənd kəndindəki saxsı borudan 1988-ci ilə qədər istifadə olunurdu.
- Məlumat
Saxsı su kəməri Basarkeçər rayonunun Daşkənd kəndinin şərq tərəfindəki “Məşədi Qasımın dərəsi” deyilən dərədən qərbə doğru 4 düyməlik boru ölçüsündə saxsı su kəməri çəkilmişdi.
Həmin borudan 1988-ci ilə qədər istifadə olunurdu. Bu kəmərin nə vaxt çəkilməsi nin dəqiq tarixi məlum deyil. Tarixi çox qədimdi.[i] Saxsı su borusundan istifadə Qərbi Azərbaycan əhalisinin elmi–texniki və mədəni baxımdan inkişafını göstərir.
Saxsı su kəməri Qərbi Azərbaycanda elmi–mədəni tərəqqinin inkişafının səviyyəsini nümayiş etdirir. Qədim dövrə aid texniki yenilik və kənd əhalisinin su ehtiyacının qarşılanması baxımından saxsı su borularından istifadə əhəmiyyətlidir.
[i] Xasay Zeynalov. “Göyçəsiz günlərim”. Bakı, “Nurlan”, 2006. Səh.101
