- Tarixi
- XIX yüzil
- YerləşməƏvvəlki toponim
Zəngəzur mahalının Qarakilsə rayonundakı Şəki kəndində.
- YerləşməHazırkı toponim
Qarakilsə rayonu 02.03.1940-cı ildən – Sisian adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1918-ci ildə məscid ermənilər tərəfindən yandırılıb. Sovet hakimiyyəti dövründə təmirinə icazə verilməyib. Uçulmuş divar qalıqları 1988-ci il deportasiyasından sonrakı dövrə qədər qalırdı.
- Məlumat
1918-ci il avqustun 15-də kəndin camaatı arpa biçini vaxtı Andronikin dəstəsinin qəfil hücumuna məruz qalıb, xeyli tələfat verir. Sağ qalan əhali əsasən Araz boyu rayonlarda (Qubadlı, Cəbrayıl, Füzuli) məskunlaşır. Kənddə Sovet hökuməti qurulana qədər böyük ruhani məktəbi olub. Axund İsgəndər adlı şəxs orada dərs deyərmiş[i].
Məscid İslam dininin şiə məzhəbinə mənsub müsəlmanların ibadət məkanı olub. Kənddə iki məscidin mövcud olması burada yaşayanların azərbaycanlılar olduğunu göstərir.
[i] Urud, M. Zəngəzur: elmi-publisistik nəşr / Musa Urud; ideya və layih. müəl. A.Muradverdiyev; elmi red. V.Əliyev. – Bakı: Nurlar, 2005. – S. 134.
