- Tarixi
- IX yüzil
- YerləşməƏvvəlki toponim
Zəngəzur mahalının Qarakilsə rayonundakı Şəki kəndi yaxınlığında Bazarçayın sol sahilində.
- YerləşməHazırkı toponim
Sünik mərzisində.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qafqaz Albaniyasına aid olduğu bilinən Şəki qalasının xarabalığı Qarakilsə (Sisiyan) rayonunun Şəki kəndi yaxınlığında, Bazarçayın sol sahilində yerləşir.
- Məlumat
Şəki qalası IX yüzilin II yarısında alban knyazı Səhl İbn Sumbatın əsas igamətgahı olub. Biçənək aşırımında arana gedən yolun üzərində mühüm müdafiə-nəzarət məntəqəsi rolunu oynayıb. 837-ci ildə Babək Səhl İbn Sumbatın xəyanəti nəticəsində Şəki qalasında ələ keçirilib, ərəblərə təslim edilib. Şəki qalası həm də Qızıl Arslanla Nizami Gəncəvinin görüş yeridir [i] .
Şəki qalası Azərbaycanda e. ə. VII-V yüzillərdə məskunlaşan Saka (Şaka, Saklar) adlı türk tayfasının adını qoruyub saxlayıb və qalanın da əsasının saklar tərəfindən qoyulması faktını da sübut edir.
[i] https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99ki_qalas%C4%B1_(S%C 3%BCnik
Fotolar
