Şəki qayaüstü təsvirləri

Tarixi:
IV-V yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngəzur ma­ha­lı Qa­ra­kil­sə ra­yo­­­nu Şəki kənd­­in­də.

Yerləşmə /
Hazırkı toponim:

Qarakilsə ra­y­o­nu ‒ 01.03.19­4­0-cı ildən‒ Sisian.

Təsnifatı:

Təsviri sənət

Mövcud vəziyyəti:

Pavel Safoyan ad­­lı erməni ali­mi hələ Sovet ha­­­k­imiyyəti döv­r­ündə 15-20 qaya­üstü təs­vir­lə­rə dair 3 cild foto-albom dü­zəl­dir, onları bir neçə dilə tərcü­mə edir və belə bir cəfəng iddia irəli sürür ki, Şəki qayaüstü abidələri erməni xalqına məx­sus­dur, həm də bütün Qaf­qaz­da­kı qaya­üstü təs­virlər məhz Şəki abidə­lər­i­nin təsiri altında yaranıb. Məqsəd qədim Azər­bay­can abidələrini mənimsəmək olub. Azərbay­can­lıların 1988-ci ildə depor­ta­si­yasından sonra ərazi ilə yanaşı maddi-mədəni irs üzərindədə iş­ğal, vandallıq və mənimsəmə si­yasəti aparıb­lar.[i]

 

[i] Yenə orada.

Məlumat:

Ötən əsrin 40-50-ci illərində Şəki kəndində tapılan qayaüstü şəkil abidələri Zəngəzurun qədim tarixinə bir daha işıq saldı. Sisian rayonunun Şəki və Sarna­qunk (1946-cı ilədək Saybalı) kəndlərinin yaylaq yerləri sayılan (dəniz Şəki kənd­i­nin  Dəvəboynu (ermənicə Uxtasar) və Tə­gəzür dağlarında iri sal qayalar üzər­in­də müxtəlif quş, heyvan, ox, kaman şəkil­lə­ri cızılmış bu qayaüstü rəsmlər eyni ilə Qobustan və Gəmiqaya abidələrinin ox­şa­rı­dır. Bu abidələrin təxminən eradan əvvəl IV-V minilliyə aid olması güman edilir.[i]

Lakin, bizi maraqlandıran məsələ təkcə Şəki kəndində 7 min il öncə insan ya-şa­ma­sı faktı deyildir. Bizi maraqlandıran odur ki, Şəki kəndindəki qayaüstü şəkillər Naxçıvandakı Gəmiqaya təsvirləri ilə, Kerç yaxınlığındakı Kül oba kurqanındakı qayaüstü şəkillərlə, Qazaxıstan, Sibir-Altay, Urmiya, Volqa ətrafı və s. yerlərdə tapıl­mış, türk soyu, türk kökəni, türk totemi ilə bağlı abidələrlə oxşardır. Türk tayfalarının ən qədim inanclarından biri (onqon) tibet öküzüdür və həmin şəkil Şəki qayaüstü təsvirlərində öz əksini tapmışdır [ii].

Şəki abidə­lər­i­n­in yarandığı ye­r­lər də, Qo­bus­tan abi­də­lər­i­nin ət­raf­ları da (Pir­sa­at və San­qa­çal) qə­dim türk boy­ları Sa­qat­ların (Sak­­lar­ın) və Zən­­gi­lər­in adı ilə bağ­lı­dır. E. ə. IV-III min­il­lik­lərdə Tunc döv­r­ündən Də­mir döv­rünə ke­çid türk­dilli xalq­lardan baş­la­yıb və onların ilk də­mir aləti kimi işlətdikləri ox uc­luqları olub­dur ki, hə­min dəmir uclu ox­lar­ın qayaüstü təs­virləri Şəki abi­dələrində bu günümüzə gəlib çıxmışdır [iii].

 


[i] http:.cilicia.comarmo5ughtasar.html 03.09.2002

[ii]  Urud, M. Zəngəzur: elmi-publisistik nəşr / Musa Urud; ideya və layih. müəl. A.Muradverdiyev; elmi red. V.Əliyev. – Bakı: Nurlar, 2005. – S. 21.

[iii] Urud, M. Zəngəzur: elmi-publisistik nəşr / Musa Urud; ideya və layih. müəl. A.Muradverdiyev; elmi red. V.Əliyev. – Bakı: Nurlar, 2005. – S. 21.

Fotolar:
Videolar: