Əsas şəkil

Seldağılan kənd məscidi

Tarixi
XIX əsr
Yerləşmə
Əvvəlki toponim

Şörəyel ma­halının Ağ­ba­ba nahi­yə­si­nin, sonra­dan Amasiya (Hamasa) ra­yonundakı Seldağılan kən­dində

Yerləşmə
Hazırkı toponim

Amasiya09.09.1930-cu ildə yara­dılıb.

Təsnifatı

Memar­lıq

Mövcud vəziyyəti

Ermənilər tə­rəfindən dağı­dılan məsci­din qa­lıq­la­rı azər­­­bay­can­lıların de­­por­ta­si­ya­sına qə­­dər mövcud olub.

Məlumat

Seldağılan kəndi Amasiya rayon mər­kəzindən 15 km şimal-qərbdə, Ağ­­baba dağının ətəyində yerləşir. Kən­din sakin­ləri azərbaycanlılar olub. Kəndin maddi cəhətdən im­kan­lı xey­riyyəçiləri və kənd sakinləri tərəfin­dən XIX əsrdə kənd məscidi tikilmiş­dir. Məscidin eni 14, uzunluğu 18, hündürlüyü isə 5 metr ci­varında idi[i]. Kənd məscidinə ətraf kənd­lərdən də ziyarət və ibadət üçün əha­li gələrdi. Məscid 1916 və 1918-ci illərdə ermə­nilər tərəfindən yandırılıb.   

Toponim “su daşqını” mənasında işlə­nən “sel” sözü ilə “dağılan” feli sifə­ti­nin birləşməsindən əmələ gəlib. Bö­yük Ağbaba və Kiçik Ağbaba dağ­la­rın­dan axıb gələn güclü sel su­ları göstə­rilən kəndin yanında müx­təlif tərəflərə dağı­lıb selovlarla ax­dığı üçün seldağılan demişlər. Kən­din digər adı Seyidoğlan olmuş­dur[ii]. Hidrotoponimdir. Quruluş­ca mürək­kəb toponimdir.

Erməni mənbələrində kəndin sa­kinləri kimi qarapapaqlar göstərilir və onlar xalq kimi təqdim edilir[iii]. Bu­rada yaşa­yan qa­ra­papaqlar ayrı xalq yox, azər­bay­canlılarn etnoqrafik qrup­la­rın­dan biridir. Kənddə 1886-cı ildə 231, 1887-cı ildə 360, 1908-ci ildə 359, 1914-cü ildə 414 nəfər azərbay­canlı yaşamışdır[iv].

Seldağılan kəndinin əhalisi 1916-cı ildə ermənilər tərəfindən soyqırımına mə­ruz qalıb. Kənd əhalisinin qalan hissə­si ermə­ni hücumlarına tab gətir­məyərək, 1920-ci ildə Türkiyə ərazi­sinə köçmüşdür.

Məscidlər tək­­cə iba­­dət, dini mə­­ra­sim­lər ke­­ç­i­r­mək üçün in­ş­­a e­dil­mirdi. Məs­cid çox­­fun­k­­­si­ya­lı el­lik bina he­sa­b edi­­lir, ora­da ke­çirilən təd­­bi­r­lər həm də mü­­səl­­manlar a­r­a­­­sın­da ün­­siy­yəti, bir­­liyi güc­lən­­dirirdi. Seldağılan kənd məscidi də bu qəbildən olan məscid­lər­­dən idi.

 

 

 

 

 


 


[i] Mənbə; Səmimi Tacir, AMEA Folklor İnstitutunun əməkdaşı, Filologiya üzrə fəlsəfə doktoru

[ii] Гəдим Огуз eллəринин — Aғбабa, Шөрəjeл вə Пəмбəк бөлҝəларинин jер-jурд адлары (топонимлəри). Мүəллифи: Аслан Баjрамов; Елми редактору: Тофиг Əhмəдoв. Сумгаjыт: “Göytürk” мəтбəəси, 1996. s.180

[iii] Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.20

[iv] Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.20–21, 104–105