Əsas şəkil

Səngər qalası

Tarixi
VII-VIII yüzil
Yerləşmə
Əvvəlki toponim

Amasiya rayo­nunun Düz­kənd kəndi ya­xınlığındakı Səngər dağında 

Yerləşmə
Hazırkı toponim

Düzkənd kən­di­nin adı 19.04.1991-ci ildə dəyişdi­ri­lib, Alvar qo­yulub.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Səngər qalası er­­mənilər tərə­findən da­­ğı­dı­lıb, xa­ra­ba­lı­q­ları qalıb.

Məlumat

Səngər qalası Amasiya rayonunun Düz­kənd kəndindən 2.5 km aralı Səngər dağında yerləşir. 

Qala divarlarının aşağı hissəsi nəhəng qayalardan, üstü kəsmə daşlardan hörül­müşdü. Divarlarının qalınlığı 3 metrdən çox olub, hündürlüyü təxminən 5–6 metrə çatır.

Səngər dağında, qalanın yaxınlığında at, qoç heykəlli qəbirlər son vaxtlara qədər qalmaqda idi.

Səngər dağının üstündəki əzəmətli qala Ağbabadakı qədim şəhər mədə­niyyə­tindən xəbər verməkdədir.[i]

Toponim Azər­baycan dilində “düzən, çöl, dü­­­zənlik”, “eniş, yoxuşu, çuxuru olma­yan yer” məna­sında işlə­nən düz sözü ilə[i],[ii],[iii],[iv] qədim türk dilində “ya­­şayış yeri, şə­hər” mə­na­sın­da işlənən kənd sözü­nün[v],[vi],[vii] bir­ləşmə­sin­dən əmələ gəl­miş­dir. Relyef əsa­sında yara­nan mürəkkəb qu­ru­luşlu topo­nim­dir.
 


[i] Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, «Elm», 1966. s.70

[ii] Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.68

[iii] Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, «Elm», 1980. s.168

[iv] Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.195

[v]Радлов В.В. Опыт словарья тюркских наречий, т.II, ч.2, СПб, 1899. s. 1079–1080 

[vi] Древнетюркский словарь, Л., «Наука», 1969. s.290

[vii] Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.270–271

 


 


[i] Tacir Səmimi. “Qədim Oğuz yurdunun Düzkənd kəndi”. Bakı, “Nurlan”, 2005. səh.18–19