Seyid Ağbal ağa ocağı
Vedibasar mahalı, Vedi rayonunun mərkəzi Böyük Vedi qəsəbəsindən 9 km cənub-qərbdəki Şirazlı kəndində yerləşirdi.
19.04.1991-ci ildən etibarən kəndin adı dəyişdirilərək Vosgetap adlandırılıb.
Memarlıq
1988-ci il deportasiyasından sonra ermənilər tərəfindən mənimsənilib.
Şirazlı kəndi azərbaycanlıların yaşadığı kənd olub. 1987-ci ildə kənddə 2000 azərbaycanlı yaşayıb. Vedibasar mahalının məşhur ocağı Ağbal ağa (İqbal Miryaqub oğlu) ocağı Şirazlı kəndində yerləşirdi. Seyid Ağbal ağa sadə və xeyirxah bir adam kimi kənddə məşhur olub və hörmət qazanıb. 80 yaşlı Seyid Ağbal 1988-ci ildə ermənilərin kəndə hücumu zamanı ağır daş parçası ilə sinəsindən vurularaq yaralanıb və vəfat edib. Şidli qəbiristanlığında dəfn edilib. Mahalda məşhur olan bu ocağa müxtəlif rayon və kəndlərdən təkcə müsəlmanlar yox həmçinin, ermənilər də ziyarət üçün gəlirdi. O dövrdə insanlar əlləri yerdən-göydən üzülən anda inanc yerlərinə can atar, orada son ümid işartısı tapar, bir ümid işığına bel bağlayıb məscidlərə, pirlərə, ziyarətgahlara, seyid ocaqlarına üz tutardılar. Belə inanc yerlərindən biri də xalq arasında çox böyük hörmətə sahib olan Seyid Ağbal ocağı olub[i] .
Dara düşən, ümidlərini itirən insanların ziyarət etdiyi məşhur ocaqlardan biridir.
[i] Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası / Tərt. ed. S.Əsədov; elmi red.: B.Budaqov, Q.Qeybullayev. – Bakı: Gənclik, 1995. – S. 238-239.