- Tarixi
- 1934-cü il
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Basarkeçər rayonunda, rayon mərkəzindən 8 km məsafədəki Daşkənd kəndində yerləşir.
- YerləşməHazırkı toponim
Daşkənd kəndinin adı 19.04. 1991-ci ildə dəyişdirilərək Ayrk adlandırılıb
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Son dövrə qədər mühafizə olunaraq qorunan Seyid Bayram ocağı dağıdılaraq məhv edilib.
- Məlumat
“Göyçə” toponimi “Allaha yaxın olan yer” mənasındadır və bu hidronimin əsasını təşkil edən “Göy” sözü qədim harut dilindəki “Allah” anlamında olan “Qok” kəlməsinin -leksik və orfoqrafik dəyişikliyə uğramasının ifadəsidir. Eləcə də həmin məkanın ərazi etibarilə yüksəklikdə yerləşməsini bildirir. Daşkənd kəndinin müqəddəs ziyarətgahlarından biri Seyid Bayram Seyid Süleyman oğlunun (1864-1934) müqəddəs ruhunun uyuduğu Seyid Bayram Ağa ocağı idi, qəbi-ristanlıqda onun məzarı üzə¬rində 3-4 m ölçüdə gün¬bəz tikilmişdi. Göyçə nahiyəsinin ətraf kəndlərinin sakin-ləri, eləcə də Dərələyəz mahalı, Qaraqoyunlu dərəsi, Qazax, Gəncəbasar, Gədəbəy və Kəlbəcər camaatının da həmişə üz tutduğu ziyarət yeri idi. Ağanın qəbri və 4 otaqdan ibarət evi. Otaqların birində onun papağı, gödəkçəsi, çuxası, kəməri, qurşağı qoyulmuşdu. Deyirlər ki, pis niyyətlə gələn və qəlbi qara kəslər o tutiyalara yanaşanda bir neçə ilan görünüb, onlara əl vurmağa imkan ver¬mir¬di .
Ocağı Basarkeçər nahiyəsində yaşayan ermənilər də, Dərələyəz, Kəlbəcər, Gədəbəy, Gəncəbasar, Qazax, Qaraqoyunlu dərəsi əhalisinin ziyarət yeri idi. Qoşabulaq kəndinin 2 km-də yerləşən Seyid Qurban təpəsi yaxınlığındakı 2 ha əkin sahəsindən yığılan qırmızı buğda hər il Ağaya bağışlanardı .
