Seyid Əhməd məqbərəsi

Tarixi:
XII-XIII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngəzur ma­ha­lı Qara Vəli kəndi.

Yerləşmə /
Hazırkı toponim:

Kənd haqqında mə­­lumat yox­dur. Ləğv olun­du­ğu ehtimal olunur.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Bu məqbərələr er­­mənilər tə­rəf­in­dən bölgədən azər­baycanlı iz­lər­ini silmək məq­sədi ilə ta­ma­milə dağı­dı­lıb [i].

 

[i] V.A.Kuliyeva. S. 119.MDTA f.290,siy.2, iş 747, vər.6

Məlumat:

Qara Vəli kəndində VII imam Museyi Kazımın oğlu Seyid Əhmədin məqbərəsi yerləşirdi. Bölgə xalqının ən çox ziyarət etdiyi məqbərələrdən biri idi. İndi məq­bə­rəsi pir olan Xəlifə Seyid Əhmədin də ha­kimiyyətindən kənar edilmiş ərəb xəli­fə­lərindən biri olması, qaçıb Azər­bay­ca­na pənah gətirməsi güman olunur. Ötən əsrin 50-ci illərində Seyid Əhməd ba­ba­nın məqbərəsi təmir olunarkən oradan külli miqdarda müxtəlif sənədlər tapılır. Sənədlərdən belə məlum olur ki, Seyid Əhməd piri bölgədə çox müqəddəs ziyarətgahlardan olub [i].

İnsanların çətin gün­lərində pə­nah gətirib dua edib, nəzir ver­dikləri müqəd­dəs yer hesab olu­nurdu [ii].

 


[i] http://anl.az/down/meqale/aydinyol/2016/noyabr/515294.htm

[ii] http://zengezur.com/index. php/ssyan

Fotolar:
Videolar: