- Tarixi
- XIX əsr
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Basarkeçər rayonunun Zod (İlk adı III–V əsrlərdən – XIV əsrin sonları (1387–1388), XV əsrin əvvəlinə (1400) qədər Başkalafa, 1813-1814-cü illərdə Vəliağa olub) kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu –11.06.1969-cu ildən Vardenis, Zod kəndi 09.04.1991-ci ildən Sotk
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Azərbaycanlıların 1987–1991-ci illərdə baş verən sonuncu deportasiya-sından sonra onların sakral inanc yerlərindən olan Seyid Əli ocağı ziyarətgahı ermənilər tərəfindən dağıdılıb.
- Məlumat
Göyçə mahalında çox sayda sınaqlı sakral inanc yerləri mövcud olub. Onlardan biri Seyid Əli ocağıdır. Mügəddəs ziyarətgah Göyçənin böyük və inkişaf etmiş kəndi olan Zodda yerləşirdi. Ocaq kənd və ətraf bölgələrdən gələn insanlar tərəfindən də ziyarət edilirdi. Ocağı ziyarət edən insanlar dua edib, nəzir deyərdilər. Kənd əhalisinin dediyinə görə, bu sınaqlı ocağa düz niyyətlə gələnlərin hamısı diləklərinə çatıb, ocağa şəkk edənlər isə öz cəzalarını alıblar.
Göyçə hövzəsində o zaman yaşayış üçün yararlı hesab edilən kəndlərin İ.Şopen tərəfindən tərtib olunmuş siyahısında rast gəlinir. Rəsmi məlumatlara görə, Zod həmin vaxt əhalisinin etnik tərkibi etibarilə sırf türk kəndi idi və burada 425 nəfər yaşayırdı. 1873-cü ildə kənd əhalisinin sayı artaraq 905, 1897-ci ildə 1588 nəfər olmuşdur.
1905–1907-ci illərdəki qırğınlar zamanı kəndin təxminən 100 evi, 300–350-yə yaxın əhalisi, 1914-cü ildə isə 1988 nəfər sakini olmuşdur. 1918–1920-ci illərdəki deportasiya zamanı kəndin 200–230 evi, 800–1000 nəfərə yaxın əhalisi olmuşdur. 1948–1953-cü illərdəki deportasiya zamanı kəndin 125 evi, 500 nəfərə yaxın əhalisi Azərbaycanın Göygöl rayonunda məskunlaşmışdır. Kəndin 400–450 evi, 1600–2000 nəfərə ya-xın əhalisi olmuşdur. 1987–1991-ci illərdəki sonuncu deportasiya zamanı kənd əhalisi tamamilə doğma yurdlarından çıxarılaraq, qaçqın düşmüşlər. Kənd əhalisi Bakı, Gəncə, Xanlar (indiki Göygöl), Samux və başqa yerlərdə məskunlaşmışlar. Kənd əhalisi bu günə qədər məskunlaşdıqları ərazilərdə yaşayırlar. Kəndin 650–700 evi, 4700 nəfərə yaxın əhalisi olmuşdur[i].
Bəzi mənbələrə əsasən, “Zod” qədim türk dillərində “sərt, keçilməz uca dağlıq yerdə məskunlaşmış el, oba yurd yeri” deməkdir. Bir digər açıqlamaya əsasən, alban tarixçisi Musa Kalankatlı eramızın birinci əsrinin ortalarından danışarkən Albaniyada yaşayan tayfalar içərisində ermənicə yazılışda Savdey / Tsavdey, V əsr erməni müəllifi
Moisey Xorenasi Sod tayfasının adını çəkir və onun Alban çarı Ərənin nəslindən olduğunu qeyd edirlər. Bu etnonim/tayfa adı Göyçə mahalındakı Zod toponimində öz əksini tapmışdır.
[i] https://az.wikipedia.org/wiki/Zod
