Seyid Mahmud ocağı
Göyçə mahalının Basarkeçər rayonundakı Nərimanlı kəndində yerləşir.
Nərimanlı kəndinin adı 19.04. 1991-ci ildə dəyişdirilərək Şatvan adlandırılıb.
Memarlıq
Qəbiristanlıqdakı Seyid Mahmud ocağı azərbaycanlıların 1988-ci il deportasiyasından sonra ermənilər tərəfindən dağıdılıb.
Nərimanlı kənd qəbiristanlığında müqəddəs ruhsal, ziyarət-irfani ocaqlardan biri də Seyid Mahmudun qəbri (2 m uzunluqda, eni 25-30 sm), müqəddəs məqamı idi. 1941-ci ildə Seyid Miri Seyid Mahmud oğlunun (1871-1946) 3-4 yaşında bir övladı keçinəndə, ata ürəyi bu ağrıya dözməyib asilik edib... və o gecə ağzı-üzü əyilib. Həmin günün axşamı yuxuda ona əyan (buyruq) edilib ki, getsin atasının qəbri üstündə bağışlanmasını istəsin, orada yatsın... Allah-Təala ona əkiz övlad pay verəcək. Seyid Miri yuxusunun hökmünə əməl edir, qəbiristanlığa gələrək atasının məzarı üstündə yatır və ... həmin gün ağzı-üzü düzəlir, 9 aydan sonra isə əkiz uşaqları dünyaya gəlir. Oğlu Qulam (Bakı şəhərində yaşayır), qızı Durna (Gəncə şəhərindədir) [i], [ii], [iii].
Seyid Mahmud ocağı və müxtəlif dövrlərin dini-irfani ocaqları, yüzillərlə bu ərazilərdə yaşamış Azərbaycan xalqının yaratdığı müsəlman-türk mədəniyyətinin maddi-mədəni zənginlik irsinin nümunəsidir
[i] Olaylar. – 2021. – 5-11 mart. – S. 20.
[ii] http://www.anl.az/down/meqale/olaylar/2021/mart/737226.htm
[iii] Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası / Tərt. ed. S.Əsədov; elmi red.: B.Budaqov, Q.Qeybullayev. – Bakı: Gənclik, 1995. –S. 292.