Seyid Məhəmməd ocağı

Tarixi:
1920-ci il
Yerləşmə /
Əvvəlki toponim:

Amasiya rayo­nu­nun Qa­ra­çan­ta kənd qə­­bi­ris­tan­lı­ğın­da yer­­ləşir.

Yerləşmə /
Hazırkı toponim:

Qaraçanta k­­ən­­di­nin adı 4.05.1939-cu il­də də­­­yiş­diri­lə­rək Ə­z­i­z­­bəyov, 19.04.1991-ci ildə  isə Areq­na­dem  adlan­dı­rı­lıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Bölgədən azər­bay­canlı izlərini silmək məq­sədi ilə dağı­dı­lıb.

Məlumat:

Nahiyənin Qaraçanta kəndi də Qars vilayətinə yaxın sərhəddə salınıb. Bu kəndin qəbiristanlığında el ziyarəti ocağı kimi Seyid Məhəmməd ocağı müqəddəs məkanlardan sayılıb. 1920-ci illərdə Seyid Məhəmməd dua edib ki, ömrünü evdən kənarda, kənddən uzaqda başa vursun (onun  evi kənd məscidinin yaxınlığında olub). 

Elə də olur. İsti iyul günlərinin birində Mağaracıq və Qaraçanta kəndləri arasındakı çayın kənarında dəstəmaz alaraq namazını qıldıqdan sonra 80 yaşlı Seyid Məhəmməd fani dünya ilə vidalaşır. Əvvəlcə istəyiblər ki, onu elə oradaca dəfn etsinlər. Amma, ağsaqqalların təklifi ilə kənd qəbirstanlığında torpağa tapşırırlar  ,  , .


Qəbir üzərində 2 m hündürlüklü (eni və uzunluğu 2x3m olmaqla) günbəz tikilib. Girişi qibləyə açılan tikilinin divarlarında kiçik ölçülü “ocaqlar” və şamdan qoyulmuşdu. Camaat orada dua edib, nəzir deyib, şam-çıraq yandırardı.
 

Fotolar:
Videolar: