- Tarixi
- XIX-XX yüzil
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Şərur–Dərələyəz qəzasında, indiki Keşişkənd rayonu ərazisindəki Seyid Məmiş kəndində
- YerləşməHazırkı toponim
Keşişkənd rayonu, 06.12.1957-ci ildən–Yeğeqnadzor, Seyid Məmiş kəndi–1919-cu ildə ləğv edilib.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Kəndlə birlikdə Seyid Məmiş piri 1919-cu ildə ermənilər tərəfindən dağıdılmışdır.
- Məlumat
Seyid Məmiş kəndi rayondan 1920 km şimali–qərbdə, Səlim çayının sahilində, rayondakı Ağkənd kəndinin yaxınlığında yerləşirdi[i]. Kənd oradakı "Seyid Məmiş piri"nin adı ilə adlandırılmışdır. Seyid Məmiş kəndin nüfuz və etibar sahibi şəxslərindən olub. Pir kənd əhalisi ilə yanaşı ətraf kənddən gələn ziyarətçilər tərəfindən də ziyarət edilirdi. Seyid Məmiş kəndi 1919-cu ildə əhalisi qovulduqdan sonra ermənilər tərəfindən dağıdılmış və ləğv edilmişdir[ii].
Toponim “seyid nəsil adı ilə Məmiş” şəxs adı əsasında yaranmışdır. “Seyid nəslindən olan Məmişin kəndi” mənasını bildirir. Antorpotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
