- Tarixi
- XIX əsr
- YerləşməƏvvəlki toponim
Zəngəzur mahalının Qarakilsə rayonunun Şəki kəndində
- YerləşməHazırkı toponim
Qarakilsə rayonu 02.03.1940-cı ildən Sisian adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Şəki kəndinin qəbiristanlığın-da yerləşən Seyid Mir Hüseyn ağanın günbəzi 1988-ci ildə baş verən azərbaycanlıların kütləvi deportasiyasından sonra ermənilər tərəfindən dağıdılıb.
- Məlumat
Bölgənin tanınmış din xadimi olan Seyid Mir Hüseyn ağanın günbəzi Qarakilsə rayonunun Şəki kəndinin qəbiristanlığında yerləşir. Yerli əhali arasında hörmətlə adı çəkilən, böyük soy-kökə malik olan Seyid Mir Hüseyn ağanın vəfatından sonra kəndin imkanlı şəxsləri və Seyid Mir Hüseynin doğmaları tərəfindən tikilən günbəzi kənd sakinləri ziyarət edirdilər. Günbəzin uzunluğu 3,5, eni 3,5, hündürlüyü isə 2,7–3 metr civarında idi. Dam örtüyünün hissəsi oval və təxminən 1 metr hündürlüyündə idi. Kənddə 1831-ci ildə 148, 1873-cü ildə 445, 1886-cı ildə 657, 1897-ci ildə 1191, 1908-ci ildə 1605, 1914-cü ildə 1584 nəfər azərbaycanlı yaşamışdır[i]. 1918-ci ilin avqust ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilmişdir[ii]. Xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 282 azərbaycanlı, 12 nəfər erməni, 1926-cı ildə 385 nəfər azərbaycanlı, 407 nəfər erməni, 1931-ci ildə 557 nəfər azərbaycanlı, 510 nəfər erməni yaşamışdır[iii]. 1988-ci ilin noyabr ayında azərbaycanlılar tamamilə deportasiya olunmuşdur. İndi burada yalnız ermənilər yaşayır.
Toponim kimmerlərin tərkibində gələn sak[i], [ii]əsasında yaranmışdır. Şəki “sak // saka” etnoniminin fonetik variantıdır. Albaniya dövründə Səhl ibn Sumbatın Şəki hakimi olduğu yazılır. Q.Qeybullayev saka türk etnoniminin həm də “şaka” formasında olduğunu göstərir[iii]. Etnotoponim-dir. Quruluşca sadə toponimdir.
[i] Kırzıoğlu F. Kars tarihi, I cilt, İstanbul, İşil matbası, 1953. s.66-80
[ii] Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək), I c., Bakı, 1994. s.102-104
[iii] Qeybullayev Q.Ə. Qarabağ (etnik və siyasi tarixinə dair), Bakı, «Elm», 1990. s.69-70
[i] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.76-77, 146-147
[ii] История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.205
[iii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.76-77, 146-147
