Seyid Muxtar ocağı

Tarixi:
1977-1978-ci illər
Yerləşmə /
Əvvəlki toponim:

Ağbaba mahalı Ama­­siya ra­yo­nu­nun Gül­lü­bu­­laq kən­din­də yer­ləşir

Yerləşmə /
Hazırkı toponim:

2007-ci ildə  Bürakn adlan­dı­rılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Tarixi tor­paq­lar­dan azər­bay­can­lı izlərini yox etmək məq­sə­di ilə da­ğı­dı­lıb, məhv edi­lib.

Məlumat:

1970-ci illərdə Güllübulaq kəndinin qə­dim (yaşı min­il­lik­dən çox) qə­bi­ris­tan­lı­ğın­da olan iri sal bünövrə üzə­rin­dəki qoç hey­kəlli sinə daşını hay kilsəsi və əlal­tı­la­rı apar­maq istəyirdilər. 

Camaat bu hiy­lə­nin qarşısını cid­di etirazla alır. Bundan son­ra yerli sakinlərdən Seyid Rza Seyid Ələk­bər oğlu (1926-1992) qardaşı Seyid Q­a­s­­ımla (1932-2005) birlikdə 1977-1978-ci illərdə Seyid Muxtar Babanın (1850-ci illərdə Təbriz şə­hə­rin­dən köçüb gəl­ib) qəbri üzərində günbəz tikərək xal­­qımızın tarixi-maddi irsini hay-daşnak tə­ca­vü­zün­­dən qoruya biliblər.

 Bu tədbir tə­sad­üfi olmayıb. Çünki, bu ailə 7-ci İmam Seyid Museyi-Kazımın nəsil-şə­cə­rə da­vam­çılarından olduğu üçün ocağın sa­hibi (on­lar­ın evləri də Seyid Muxtar oca­ğı kimi ziyarətgah olub) Seyid Ələkbər Se­yid Muxtar oğlunun (1898. Bö­yük Vətən müharibəsindən qayıt­ma­yıb) övladları da bu addımı atıblar.

Müqəddəs zi­ya­rət­­gah mifik-mis­tik ruh dün­ya­­sının ziyası ki­mi kənd və böl­gə əhalisi tə­rə­­findən ziyarət olu­nurdu.

Fotolar:
Videolar: