- Tarixi
- XIX əsr
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Basarkeçər rayonunun Zod (İlk adı III–V əsrlərdən – XIV əsrin sonları (1387–1388), XV əsrin əvvəlinə (1400) qədər Başkalafa, 1813–1814-cü illərdə Vəliağa olub) kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu –11.06.1969-cu ildən Vardenis, Zod kəndi 09.04.1991-ci ildən Sotk
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Azərbaycanlıların 1987–1991-ci illərdə baş verən sonuncu deportasiyasından sonra onların sakral inanc yerlərindən olan Seyid Oruc ocağı ziyarətgahı ermənilər tərəfindən dağıdılıb.
- Məlumat
Seyid Oruc piri azərbaycanlıların tarixən yaşadığı ərazilərdən olan Zod kəndində yerləşən və davamlı olaraq yerli və ətraf kəndlərdən gələn əhalinin ziyarət etdiyi müqəddəs yerlərdəndir. Əhali arasında sınaqlı pir kimi tanınır.
Ermənilər torpaqlarımızı mərhələ-mərhələ işğal etdikləri kimi, mədəniyyətimizi, incəsənətimizi, tarixi abidələrimizi və müqəddəs ziyarətgahlarımızı da qarət etməkdən, dağıtmaqdan çəkinmədilər.
Göyçə hövzəsində o zaman yaşayış üçün yararlı hesab edilən kəndlərin İ.Şopen tərəfindən tərtib olunmuş siyahısında rast gəlinir. Rəsmi məlumatlara görə, Zod həmin vaxt, əhalisinin etnik tərkibi etibarilə sırf türk kəndi idi və burada 425 nəfər yaşayırdı. 1873-cü ildə kənd əhalisinin sayı artaraq 905, 1897-ci ildə 1588 nəfər olmuşdur.
1905–1907-ci illərdəki qırğınlar zamanı kəndin təxminən 100 evi, 300–350-yə yaxın əhalisi, 1914-cü ildə isə 1988 nəfər sakini olmuşdur 1918–1920-ci illərdəki deportasiya zamanı kənd 200–230 evi, 800–1000 nəfərə yaxın əhalisi olmuşdur. 1948–1953-cü illərdəki deportasiya zamanı kəndin 125 evi, 500 nəfərə yaxın əhalisi Azərbaycanın Göygöl rayonunda məskunlaşmışdır. Kəndin 400–450 evi, 1600–2000 nəfərə yaxın əhalisi olmuşdur. 1988–1991-ci illərdəki sonuncu deportasiya zamanı kənd əhalisi tamamilə doğma yurdlarından çıxarılaraq, qaçqın düşmüşlər. Kənd əhalisi Bakı, Gəncə, Xanlar (indiki Göygöl), Samux və başqa yerlərdə məskunlaşmışlar. Kənd əhalisi bu günə qədər məskunlaşdıqları ərazilərdə yaşayırlar. Kəndin 650–700 evi, 4700 nəfərə yaxın əhalisi olmuşdur[i].
Bəzi mənbələrə əsasən, “Zod” qədim türk dillərində “sərt, keçilməz uca dağlıq yerdə məskunlaşmış el, oba yurd yeri” deməkdir. Bir digər açıqlamaya əsasən, alban tarixçisi Musa Kalankatlı eramızın birinci əsrinin ortalarından danışarkən Albaniyada yaşayan tayfalar içərisində ermənicə yazılışda Savdey / Tsavdey, V əsr erməni müəllifi Moisey Xorenasi Sod tayfasının adını çəkir və onun Alban çarı Ərənin nəslindən olduğunu qeyd edirlər. Bu etnonim/tayfa adı Göyçə mahalındakı Zod toponimində öz əksini tapmışdır.
[i] https://az.wikipedia.org/wiki/Zod
