Əsas şəkil

Şeyx İsmayıl Siracəddin Şirvani məscidi

Tarixi
1869-cu il
Yerləşmə
Əvvəlki toponim

Ağbaba ma­ha­lı Amasiya ra­yo­nunda

Yerləşmə
Hazırkı toponim

Ağbaba mahalı Amasiya rayo­nunda

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Şeyx İsmayıl Siracəddin Şirvani məscidi azər­bay­can­lıla­rın 1988-ci il deporta­si­ya­sın­dan sonra er­mə­­ni­lər tərə­fin­dən dağı­dı­lıb.

Məlumat

XIX əsrdə Azərbaycandan Amasiyaya gələn alimlərdən yenə iki böyük şəx­siyyət var. Onlardan biri Şirvanlı İsmayıl Əfəndi, digəri Qarabağlı Həmzə Niga­ridir. Onlarla birlikdə və daha sonra bir çox azərbaycanlı mürid də Amasiyaya gələrək məskunlaşmış­dır. 1783-cü ildə Şamaxı xanlığının Kür­dəmir kəndində doğulan Şeyx İsmayıl Siracəddin Şirvani təhsilini Şamaxı, Ərzincan, Tokat, Bur­dur və Bağdad mədrəsələrində tamam­la­mış, daha sonra vətənə qayıdaraq burada yeddi il elm tədrisi ilə məşğul ol­muşdur. Elmin arxasında bir həqiqət dayandığını anlayan İsmayıl Şirvani yenidən yola çıxaraq bir kamil mürşid tapmaq arzusu ilə Bağdada getmiş və burada Mövlana Xalid Bağdadiyə bağ­lanaraq onun müridi olmuşdu. 1817-ci ildə mürşidindən ica­zənamə alaraq yenidən məmləkəti Kür­dəmirə gələn İsmayıl Şirvani, rus üsul–idarəsinin təzyiqi ilə Azərbay­candan çı­xa­rılana qədər buradakı təkyəsində fəaliyyət gös­tərmişdi. 1826-cı ildə əvvəl­­cə Axıs­kaya köçür. Axıskanın ruslar tərəfindən işğalından sonra Ana­doluya gedərək Osmanlı dövlətinin hi­ma­yəsinə girir. 1841-ci ildə Amasiya­ya yerləşən İsma­yıl Şirvani vəfatına qədər burada fəaliy­yət göstərmişdir. İsmayıl Şirva­ninin oğlu Şirvanizadə Mehmet Rüşdi Paşa Osmanlı dövlətinin baş naziri, digər oğlu isə Əhməd Hülusi Əfəndi İstanbul qazısı olmuşdur. İsmayıl Şirvani 1848-ci ildə vəba xəstəliyindən vəfat etmiş və Amasiya yaxınlığında Şamlar qəbiristan­lığın­da dəfn olun­muş­dur.[i] 1869-cu ildə daxili işlər na­ziri olan Şirvanizadə Meh­met Rüşdi Paşa atasının qəbri üzərində türbə və məscid inşa etdirmişdi. Cənazə və yas məra­sim­lərin keçirildiyi günlər və dini bayram­larda məsciddə daha çox sıxlıq olurdu.

Amasiyada yer­­­ləşən İslam abi­dəsi Şeyx İsma­yıl Sira­cəddin Şirva­ni məscidi  əra­zinin qə­dim yurd yeri ol­du­ğunu göstə­rir.
 


[i] Ермәнистан ССР хәритәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш 

    Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 96–97.