Əsas şəkil

Şeyx İsmayıl Siracəddin Şirvani türbəsi

Tarixi
1869-cu il
Yerləşmə
Əvvəlki toponim

Ağbaba mahalı Amasiya rayo­nunda

Yerləşmə
Hazırkı toponim

Ağbaba maha­lı Amasiya ra­yo­nu

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Şeyx İsmayıl Si­ra­cəddin Şir­vani türbəsi 1988-ci ildə azərbaycanlıla­rın bölgədən de­­portasiyası döv­ründə qə­bi­ris­tan­­lıq və məs­cidlə bir­lik­də yandırı­lıb. 

Məlumat

XIX əsr Azərbaycanın tanınmış şəx­siyyətlərindən olan Şeyx İsmayıl     Sira­­cəddin Şirvani 1783-cü ildə Şama­xı xan­lığının Kürdəmir kəndində ana­dan olub. Şeyx İsmayıl Siracəddin Şirvani təhsilini Şamaxı, Türkiyənin Ərzincan, Tokat, Burdur və  İraqın Bağdad mədrəsələrində tamamlayıb, daha sonra vətənə qayıdaraq burada yeddi il elm tədrisi ilə məşğul olmuş­dur. Elmin ar­xasında bir həqiqət dayan­dığını anlayan İsmayıl Şirvani yenidən yola çıxaraq bir kamil mürşid tapmaq arzusu ilə Bağdada gedir və bu­rada Mövlana Xalid Bağ­dadinin müridi olur. 1817-ci ildə mür­şidindən izin məktubu alıb yenidən vətəni Kürdəmirə gələn İsmayıl Şirvani rus üsul–idarəsinin təzyiqi ilə Azərbaycandan çıxarılana qədər bura­da­kı tək­yə­sində fəaliyyət gös­tərmişdi. 1826-cı ildə əvvəlcə Axıskaya köçür. Axıska­nın rus­lar tərəfindən işğa­lından sonra Ana­do­luya gedərək, Os­man­lı dövləti­nin hima­yəsinə girdi. 1841-ci ildə Amasiyaya yer­ləşən İsmayıl Şir­vani vəfatına qədər burada fəaliyyət gös­tərib. İsmayıl Şirva­ninin oğlu Şirva­ni­zadə Mehmet Rüşdi Paşa Osmanlı döv­lətinin baş naziri, digər oğlu isə Əhməd Hülusi Əfəndi İstanbul qazısı olmuş­dur. İsmayıl Şirvani 1848-ci ildə vəba xəs­təliyindən vəfat etmiş və Amasiya yaxın­lığında Şamlar qəbiristan­lığında dəfn olun­muşdur.[i] 1869-cu ildə daxili işlər naziri olan Şirvanizadə Mehmet Rüşdi Paşa atasının qəbri üzərində türbə və məs­cid inşa etdirmişdi. Hündür, üstü günbəz formalı və içi geniş olan türbənin içərisində Mövlanə İsmayıl Şirvaninin, oğlu Əhməd Hülusi Əfəndinin və kürə­kə­ni Hacı İsa Ruhi Əfəndi Şirvaninin qəbirləri vardır. Türbə kompleksinin di­varından asılmış metal lövhədə İsmayıl Şirvaninin tərcümeyi–halı və ayrıca ola­raq Mövlanə Xaliddən aldığı icazə mək­tubu verilmişdir.

Şeyx İsmayıl     Siracəddin Şir­vani dövrünün ən yüksək dini təhsil alan din xadimlərindən biri hesab olu­nurdu. O,Azərbaycanının si­yasi–ictimai həyatında mü­hüm rol oyna­yan insanlar ye­tiş­di­rib. Tür­bəsi ca­maatı və yerli sakinlər tərə­fin­dən mü­qəddəs yer ki­mi depor­tasi­ya­ya qədər ziya­rət edilib.   
 


[i] Ермәнистан ССР хәритәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 96–97.