- Tarixi
- 1300-1350 (əvvəlki tarixi dövrə aiddir)
- YerləşməƏvvəlki toponim
Vedibasar mahalının aran hissəsində, Ağrıdağı ilə üzbəüz Araz çayı sahilindəki Şidli (Qaraqoyunlu Şidli) kəndində.
- YerləşməHazırkı toponim
Şidli kəndinin adı 1991-ci il aprelin 9-da dəyişdirilərək Yexeqnavan adlandırılıb.
- Təsnifatı
Dekorativ tətbiqi sənət
- Mövcud vəziyyəti
1950-ci ilə qədər Şidli kəndi ərazisində qalmaqda olan üzərində at və qoç şəkilləri olan daşlar tarixi abidə adı ilə ermənilər tərəfindən oradan aparılaraq məhv edilib.
- Məlumat
M.Kalankatuklu “Alban tarixi” əsərində Xosrov şahın hökmdarlığının otuz yeddinci ilinin əvvəlində Şimal çarı Xəzərlərin arasında, knyazlıq rütbəsinə görə Şad adlanan qardaşı oğlu olduğu qeyd edilir və Şadın öz düşərgəsini Araz çayının sahilində saldığı göstərilir. İri daş parçaları üzərində yazılan yazılar, at və qoç şəkilləri olan abidələrin çoxluq təşkil etdiyi kənddir. Bu abidələr Şidli kəndinin 1300-1350 il əvvəlki tarixinin nişanələri idi [i],[ii]
Şidli toponimi türklərdə, daha doğrusu xəzərlərdə hərbi titul mənasında işlənən şad sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılması yolu ilə əmələ gələn şadlı sözü əsasında formalaşıb[iii].
[i] Kalankatuklu, M. Albaniya tarixi / M.Kalankatuklu. – Bakı: Elm, 1993. – S. 96.[ii] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 2008. – S. 23.
[iii] https://az.wikipedia.org/wi ki/%C5%9Eidli
