Əsas şəkil

Şirazlı kənd məscidi

Tarixi
XIX-XX yüzil
Yerləşmə
Əvvəlki toponim

Vedibasar ma­ha­­lı­ Vedi ra­yo­­nun­da­kı Şi­r­a­zlı kəndində.

Yerləşmə
Hazırkı toponim

Şirazlı kəndi 9.04.1991-ci il­dən –  Vos­ge­tap adlandırılıb

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

11 may 1988-ci ildə Vedi ra­yo­nu­­ (Ara­­rat) Şirazlı kən­d­ində azər­bay­can­lı­lara də­yən ən ağır zər­­­bə. 30-a qə­dər ev yan­dırıldı və dağı­dıl­dı. 1 uşaq və 1 nə­fər seyid bu toq­quş­manın qur­ba­nı oldu, x­e­y­li adam yara­landı. Şi­­raz­lı kənd məs­cidi yan­­dı­rıl­dı. Xara­ba­l­ıqları qal­ır.

Məlumat

Şirazlı kəndində ibadətə açıq olan məscid bölgənin böyük məscidlərindən biri hesab olunurdu. Möhrə palçıqdan tikilmiş qədim məscid kənd ağsaqqallarının yığışdığı və iba­dət etdiyi yer idi. Məscidi olmayan ya­xın kəndlərdən əhali Şirazlı məscidinə iba­dət üçün gəlirdi. Məscid böyük olduğu üçün xüsusi günlərdə və dini bayramlarda daha çox dolu olurdu. Seyid Ağbal Ağa və Seyid Miryaqub ağa kəndin və bölgənin məşhur seyidlərindən idilər.

Toponim oğuz­l­a­r­ın Şirazlı et­no­­ni­mi əsa­sın­da ə­m­ə­­lə gəlib. K­ə­n­d mə­s­ci­di əha­­­li­nin iba­dət vaxt­­ları və xü­­­­su­si günlərdə top­­­­lan­dığı dini mə­kan o­l­ub. A­b­i­­­də Azər­­­bay­­can ta­­ri­­­xinin b­ö­l­­­gə­də­­­­ki tarxi mira­sı­dır [i].

 

[i] Kirzıoğlu, F. Rəvan türkləri / F.Kirzıoğlu // Vətən həsrəti. – 1993. – 18 iyun.