Əsas şəkil

Şirvanlı məscidi

Tarixi
1895-ci il
Yerləşmə
Əvvəlki toponim

Ağbaba ma­ha­lı­nın Amasiya  ra­­yo­nu­nda

Yerləşmə
Hazırkı toponim

Ağbaba ma­ha­lı­nın Amasiya  ra­­­­yo­nu­nda

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Şirvanlı məs­cidi 1988-ci il­də azərbay­can­lıla­rın deporta­siya olunduğu er­mə­nilər tərə­fin­dən yandı­rı­lıb. Hal–hazır­kı dövrdə xara­ba­lığı qalıb.

Məlumat

İsmayıl Şirvaninin ədəbi təsəvvüfi şəx­siyyəti və Qarabağ bölgəsində fəaliy­yət­­ləri ilə diqqət cəlb edən xəlifəsi Mir Həmzə Nigaridir. O, Qarabağ xanlı­ğı­nın Cicimli kəndində 1805-ci ildə dün­yaya gəlmişdir. Gəncliyində elm öy­rən­mək üçün buradan Sivasa köçərək İsmayıl əfəndinin yanına gəlmişdir. Elmi və təsəvvüfi təhsilini tamam­la­yaraq Qara­bağa qayıtmışdır. Azərbaycanı iş­ğala başlayan ruslara qarşı üsyan hazırlığı edərkən planları­nın üstü açıl­dığına görə, qaçaraq İran üzərindən Ərzuruma get­mişdir. Şeyxi İsmayıl Şirva­nidən sonra Amasiya və ətrafın­dakı insanları irşada dəvət etmə vəzi­fəsini davam etdirmişdir. Vəfatından sonra Amasiyada dəfn olun­muşdur. Mir Həmzə Nigarinin mürid­lərindən Qazaxlı Şeyx Hacı Mahmud Azərbaycandan toplanan ianələrlə şey­xin qəbri üzərində türbə və məscid tikdirmişdir. 1876-cı ildə bünövrəsi qoyulmuş, 1895-ci ildə başa çatdırılmış “Şirvanlı məscidi” Amasiyada XIX əsrdə barokko üslubunda tikilən tək məs­cid olması baxımından xüsusi əhə­miyyət daşıyır. Mir Həmzə əfəndinin türbəsi məscidlə bitişikdir.[i]

Şirvanlı məs­cidi Amasiya­nın qə­­dim­­dən türk–oğuz boy­­­larının ana yur­du və İslam di­ninin yük­sək sə­­viyyə­də təm­sil olun­duğu di­yar ol­du­ğunu göstərir.
 


[i] https://az.wikipedia.org/wiki/Amasiya_rayonu