Şişin ocağı
Amasiya rayonunun Çaxmaqkəndi yaxınlığında yerləşir.
Çaxmaq kəndinin adı 19.04. 1991-ci ildə dəyişdirilərək Kamxut adlandırılıb.
Memarlıq
1988-ci il deportasiyasından sonra, tərk edilmiş vəziyyətdədir, ziyarət olunmur.
Çaxmaq kəndi Türkiyənin Qars vilayəti ilə sərhəddə yaxın (2-3 km aralı) yerləşir. Hətta sərhəd xətti yerli icra nümayəndəliyinin binasından 15-20 metr aralı keçirdi.
Sərhəd zolağı hüdudlarında ucalan Şiş dağının üstündəki Şişin ocağı – ziyarətgah idi. Müqəddəs ocağın ətrafı kəskin meyilli, çılpaq yamaclardan ibarət olsa da, ətəyi itburnu kolları ilə örtülüydü (ərazi iqliminə görə el arasında “ikinci Sibir” adlanırdı). Amma, dağın “şiş” hissəsində, ocağın yanında da bir neçə itburnu kolu bitmişdi, meyvələrindən tutiya kimi çay dəmlənilirdi. Şişin pirinə getmək çətin idi – sərhəd hissədə yerləşdiyinə görə, amma mövsümi işlər zamanı əkin-biçinlə məşğul olanlar, qoyunçuluq təsərrüfatının üzvləri o yerə keçə bilirdilər [i], [ii], [iii].
Dağın “şiş” hissəsində, ocağın yanında da bir neçə itburnu kolu bitmişdi, meyvələrindən tutiya kimi çay dəmlənilirdi.
[i] Əhmədov, T.M. El-obamızın adları / T.Əhmədov. – Bakı: Gənclik, 1984. – S. 87-88.
[ii] http://www.anl.az/down/meqale/olaylar/2019/noyabr/686378.htm,https://a
[iii] z.wikipedia.org/wiki/%C3%87axmaq_(Amasiya).