Əsas şəkil

Şıxovuz körpüsü

Tarixi
XIV yüzil
Yerləşmə
Əvvəlki toponim

Zəngəzur ma­ha­lının Qafan ra­yo­nu Şıxovuz kəndində

Yerləşmə
Hazırkı toponim

Qafan rayonu– Kapan, Şıxo­vuz kəndi – Şi­ka­xox (erməni dilinə uyğunlaş­dırılmış adı)

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Şıxovuz qoru­ğun­da yerləşən Şıxovuz körpü­sü ermənilər tə­­­rə­findən mə­nim­sənib isti­fa­də olunur və er­məni abidəsi ki­mi təqdim edi­lir.

Məlumat

Şıxovuz çayı üzərində yerləşən Şıxovuz körpüsü Azərbaycan və şərq memarlıq üslubunda tikilib. Tək tağlı daş körpü memarlıq və arxitektura baxımından Azərbaycandakı körpülərlə də eynilik təşkil edir. Böyük yonulmuş çay daşın­dan inşa edilən körpünün alt dəyirmi hissəsi mişar daşları ilə oval–dairəvi qay­dada hörülmüşdür. Kör­pünün hündür­lü­yü 3,5–4 metr, uzun­luğu 12–15 metr, eni isə 3–3,5 metrə civarındadır. Üst hissəsi dam örtüyü formasındadır. Körpünün sağ tərəf kənarında qədim çinar ağacı uca­lır və budaqları körpüyə kölgə sa­lır.[i] Şıxovuz kəndi rayon mərkəzindən 23 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Şixauz,[ii] erməni mənbələrində Şikahoğ, Şxa­vuz[iii] for­ma­­la­rında qeyd edilib. Bura­da 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır.[iv]

Toponim “şeyx” sö­zü­nün xalq da­nı­şıq dilində işlə­nən “şıx” sözü ilə Oğuz türk tay­fasının adını əks etdirən “ovuz” etno­ni­mi (oğuz etno­niminin dialekt forma­sı­dır) əsa­sında əmə­lə gəl­miş­dir. Et­no­to­po­nim­dir. Quru­luş­ca mü­rəkkəb topo­nim­dir.


 


[i] https://www.facebook.com/photo/?fbid=1155535017855960&set=a.103690796373726

[ii]  Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.296

[iii]  Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство “Мелконян фонд”, 1932, с. 60

[iv] Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство Мелконян фонд, 1932, с. 60–61