Sofulu kənd məscidi
Zəngəzur mahalının Qarakilsə rayonunda, rayon mərkəzindən 18 km cənub-qərbdə, Dəstəgird kəndi ilə Murxuz kəndi arasında Əyri çayının sol sahilindəki Sofulu kəndində.
Sofulu kəndinin adı 09.04.1991-ci ildə dəyişdirilib Soflu adlandırılıb
Memarlıq
Püsək məscidinin daşdan yonulmuş dirəyi 1980-ci illərə kimi qalmaqda idi. 1988-ci il deportasiyasından sonra dağıdılan məscidin xarabalıqları qalıb.
Sofulu kəndində qədim tarixə malik məscid var idi. Məscidin nəzdində mollaxana fəaliyyət göstərirdi. Püsək məhəlləsindəki pir daşları məsciddən qalan nişanələrdir. Qədim kəndin bir çox yerində üstü yazılı çox şəkilli daşlar movcud olub və bu daşlar Sovet hakimiyyəti dövründə erməni rəsmi nümayəndələrinin nəzarətində sökülərək yük maşınları ilə daşınıb. Püsək məscidinin daşdan yonulmuş dirəyi 1980-ci illərə kimi qalmaqda idi. Yaşlı adamlar bayram günləri qorxa-qorxa həmin daş sütunun üstündə gecələr şam yandırardılar. Şeyx Əfəndi Nigarinin dostu Molla Qayıbın (Qeyibin), Hacı Mollalı və Hacı Seyidin məzarı da Sofuludadır [i],[ii], [iii], [iv]. Müsəlman əhalinin dini inanclarının əksi idi.
[i] https://az.wikipedia.org/wiki/Sofulu_(Qarakils%C9%99)
[ii] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 2008. – S. 49-50.
[iii] İsmayıl, E. Ermənistan türklərinin 1988-ci il soyqırımı / Eldar İsmayıl; red. A.Məmmədli. – Yenidən işlənmiş ikinci nəşri. – Bakı: Səda, 2014. – S. 227.
[iv] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov, H.Məmmədov (Qaramanlı). – Bakı: Elm, 1996. – S. 51.