- Tarixi
- III-V yüzil
- YerləşməƏvvəlki toponim
Göyçə mahalı Basarkeçər rayonunun Subatan kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu 11.06.1969-cu ildən–Vardenis
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qəbirüstü abidələrin bir neçəsi indiki daş mədəninin ətrafında 1992-ci ilə qədər qalırdı.
- Məlumat
Subatan kəndində b.e.ə IV yüzilə aid Xudat bulağının ətrafında, qədim alban qəbir daşları və müxtəlif ölçülü at, qoç heykəlləri, üstü təsvirlər olan qəbir daşları mövcud idi. Bu daşların hündürlüyü 3–5 m arasında idi. İndi ermənilər həmin daşları qonşu Qızılvəng, Gödəkbulaq və Yarpızlı kəndlərinə aparıblar. Qədim alban tarixinin izləri bu ərazidə bir çox yerlərdə var.[i]
Kəndinin bünövrəsi XVII əsrin ortalarında (1850-1860) Mayıllılar tayfasının başçısı Kərbəlayı Şıxəli kişi Çaxırlı kəndindən qohumları olan 8 ailə ilə birlikdə çıxaraq indiki Subatan kəndini özləri üçün yaşayış yeri seçmişdir. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına kimi iki dəfə dəyişdirilmişdir.[i] Abidələr və tarixi faktlar kəndin azərbaycanlılara aid olduğunu təsdiq edir.
[i] https://az.wikipedia.org/wiki/Subatan_(G%C3%B6y%C3%A7%C9%99)
[i] https://az.wikipedia.org/wiki/Subatan_(G%C3%B6y%C3%A7%C9%99)
