Əsas şəkil

Subatan kəndində alban abidələri

Tarixi
III-V yüzil
Yerləşmə
Əvvəlki toponim

Göyçə ma­ha­lı­ Basarkeçər ray­o­nu Subatan kən­d­ində

Yerləşmə
Hazırkı toponim

Basarkeçər ra­yonu 11.06.1969-cu ildən–Vardenis

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

1992-ci ilə qə­dər bir qismi möv­cud olan  abidələrin üzə­rinə erməni ele­mentləri əlavə edilib, erməni abi­də­­si kimi nü­ma­yiş olunur.

 

 

Məlumat

Subatan kəndi b.e.ə. IV əsrdə Albani­yanın kiçik yaşayış məntəqələrindən biri olub. Onlardan tarixi III-V əsrlərə təsadüf edən, üzərində Qrabar əlifbası ilə yazılan, Alban Türklərinin yaşamasından bəhs edən xaç daşları tarixi abidələr 1988-ci ildə azərbaycanlıların deportasiyasına qə­dər mövcud idi. Alban yaşayış məs­kənlərinin qalıqlarıQədim alban tarixinin izləri bu ərazidə bir çox yerlərdə var.[i] Subatan kəndinə ilk ermənilər 1988-ci ildə kənd ca­ma­atı etnik təmizləmə və depor­ta­si­yaya mə­ruz qalaraq, kənd­dən qo­vul­duq­dan sonra köç­müşlər.

Kəndin əra­­zi­sin­dəki Dərə­ağıl, At­yeyən, Top­daş, Təpə­dalı, Damqaya, Qu­zeylər, Qı­zıl­itən­lər, Na­ma­­zın əriştə­liyi, Da­naqırı­lan, Haçrax, Ke­şişin xamı, Düllək qa­yası, Dəvə qayası, Pa­di­şah­lıq, Molla Sal­man, Qırğın­gü­ne­yi, Kartof ye­ri, Bığdey, Şəl­di­lərin xamı, Si­çanlı, Hacı Şa­ban, Quş ölən, Ziveydə qalan qaya, Xaxoy, Kom­somol qa­yası, Hoyuq, Şa­ravan təpəsi, Bədəl dom­ba­ğı, Qırma, Pollu ev, Kazı­mın ça­nağı, Se­yidin kalafası, Yuxarı dərə, Qə­ribin də­rəsi, Göy də­rə, Tüs­tü­lü­nün komu, Qışqaşdı, Su tökülən, Tül­kü yuvası, Suçı­xan, Qədimbi­çən təpəsi, Ocaq­lı təpə, Sa­rı təpə, Qul təpə, Qotur tə­pə, Daşlı təpə, Xudat bulağı, Ağakişi bulağı, Bığdey bulağı, Məşədi Şərif bu­lağı, Suçı­xan, Buzlu bu­laq, Se­yidin ka­lafa­sı, Cilli göl, Bül­bül gö­lü, Ma­rat gölü, Ördəkli göl və, s. Kimi qədim yurd yerləri kən­din azər­bay­­canlılara aid ol­du­ğunu gös­tərir. 


 


[i] brahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002