- Tarixi
- VII–VIII əsrlər
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Basarkeçər rayonunun Subatan (Yalaqlı) kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu– 11.06.1969-cu ildən Vardenis, Subatan kəndi– 09.04.1991-ci ildən Qexakar
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Məbədin xarabalığı 1987–1991-ci illərdə baş verən deportasiyaya qədər qalırdı.
- Məlumat
Alban məbədi Göyçə gölünün cənub-şərqində, dəniz səviyyəsindən 2198 metr yüksəklikdə, Basarkeçər rayonundan 9 kilometr cənub-qərbdəki Subatan kəndinin ərazisində yerləşirdi[i]. VII–VIII əsrlərə aid məbədin tikintisində çay daşı və tuf daşdan istifadə olunub. Məbədin uzunluğu 6–7, eni 4 hündürlüyü isə 3–3,5 metr civarında idi. Məbədin ətrafında çox sayda alban qəbirləri vardı.
1873-cü ildə kəndin azərbaycanlı əhalisinin sayı 180 nəfər olub və bu göstərici 1886-cı ildə 263, 1897-ci ildə 306, 1908-ci ildə 368, 1914-cü ildə 429 nəfər həddinə qədər yüksəlib. Kənd dəfələrlə deportasiyaya məruz qalıb. 1905–1907-ci illərdəki qırğınlar zamanı kənd əhalisinin əksəriyyətini erməni qəsbkarları doğma yurdlarından çıxara bilməmişdir. 1918–1920-ci illərdəki deportasiya zamanı kənd əhalisi doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşlər. Kənd əhalisi 1921-ci ilin yazında doğma kəndinə qayıtmış, az bir hissə isə məskunlaşdıqları ərazilərdə qalmışdır. Kəndin təxminən 140–150 evi, 500–600 nəfərə yaxın əhalisi olmuşdur. 1938–1939-cu illərdə kəndin 140–150 evi, 500–600 nəfərə yaxın əhalisindən 70–80 evi, 250–300 nəfərə yaxın əhalisi mahalın Canəhməd kəndinin yaxınlığındakı Ağyoxuş kəndinə köçərək özləri üçün daimi yaşayış yeri seçdilər. Parçalanan Subatan kəndinin 70–80 evi, 250–300 nəfərə yaxın əhalisi qaldı. 1948–1953-cü illərdəki deportasiya zamanı kənd əhalisi çıxmamış, doğma yurdlarında qalmışdır. Kəndin deportasiya zamanı 70–80 evi, 250–300 nəfərə yaxın əhalisi olmuşdur. 1979-cu il siyahıya alınmasının nəticələrinə görə, kəndin türklərdən ibarət əhalisinin sayı 1437 nəfər idi. 1987–1991-ci illərdəki sonuncu deportasiya zamanı kənd əhalisi qaçqın düşmüşdür. Kəndin 100 evi, 600–700 nəfərə yaxın əhalisi olmuşdur.
XIX əsrin ortalarında (1850–1860) Mayıllılar tayfasının başçısı Kərbəlayı Şıxəli kişi Çaxırlı kəndindən 8 ailə ilə birlikdə indiki Subatan kəndini özləri üçün yaşayış yeri seçmişdir. Kəndin adı 1988-ci ilin dekabrına kimi iki dəfə dəyişdirilmişdir.[i] Abidələr və tarixi faktlar kəndin azərbaycanlılara aid olduğunu təsdiq edir.
[i] https://az.wikipedia.org/wiki/Subatan_(G%C3%B6y%C3%A7%C9%99)
[i] Vilayətoğlu Salman. Oğuz Elinin müqəddəs ocağı – Göyçə. Bakı: 2006, s.339
