Əsas şəkil

Subatan kəndində dini məktəb

Tarixi
1897-ci il
Yerləşmə
Əvvəlki toponim

Göyçə mahalı­nın Basarke­çər rayonu­nun keçmiş Ça­xırlı sovet­liyin­dəki[i] Suba­tan kəndində
 


[i]brahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002. 

Yerləşmə
Hazırkı toponim

Basarkeçər ra­yonu 2.06.1969-cu ildən – Var­de­nis, Subatan kən­di 9.04.1991-ci ildən –Qexakar

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

1917-ci ildə yer­li idarəçilər tərəfindən dini məktəbin fəaliy­yətinə son verilib. Məktəb binası başqa məq­sədlərlə istifadə olunub.

Məlumat

Kənddə ilk dəfə Şəldilər tayfasından olan Molla Oruc Alıoğlu tərəfindən təx­minən 1897-1898-ci illərdə dini məktəb yəni mollaxana açılmışdır. Məktəbdə kənd əhalisi ilə birlikdə qonşu kəndlərindədə gələcək, dini təhsil alır, müqəddəs "Qurani–Kərim"–i öyrənir­dilər. Məktəb yarandığı ilk gündən yəni 1897-1898-ci illərdən 1917-ci ilə qədər təxminən 20 ilə yaxın davam etmişdir. Məktəbin 20 illik fəaliyyəti dövründə 60-a yaxın məzunu olmuşdur. Dini məktəb binası kəndin xeyriyyəçi sakinləri tərəfindən inşa etdirilmişdi.[i] 

Subatan kən­di­nin bünövrəsi XVII əsrin or­ta­­la­rında (1850-1860) Mayıllı­lar tayfasının baş­­çısı Kərbə­la­yı Şıxəli kişi tərə­findən qoyu­lub. Ça­xırlı kən­din­dən qo­humları olan 8 ailə ilə birlikdə çıxaraq indiki Subatan kən­di­ni özləri üçün yaşayış ye­­ri seç­mişdir.
 


[i] https://az.wikipedia.org/wiki/Subatan_(G%C3%B6y%C3%A7%C9%99)