Əsas şəkil

Sultanın zağası (mağarası) –I

Tarixi
E.ə III minillik
Yerləşmə
Əvvəlki toponim

Göyçə mahalı Basarkeçər ra­yo­nunun Daş­kənd kəndində 

Yerləşmə
Hazırkı toponim

Basarkeçər rayonu– Vardenis, Daşkənd kəndi 19.04.1991-ci ildən – Hayrik

Təsnifatı

Arxeoloji abidə

Mövcud vəziyyəti

Ermənilər tə­rə­f­in­dən erməni ele­­mentləri əla­və olunaraq mə­­­nimsənib, er­mə­ni abidəsi ki­mi təqdim olu­nur.

Məlumat

Sultanın zağası adlanan mağara Basar­keçər rayonunun Daşkənd kəndində yerləşir. Kəndin qayalıq hissəsinin al­tın­da müx­təlif məsafələrdə 7 böyük və bir neçə kiçik mağaralar (zağalar) var. Bu zağalardan biri “Sultanın zağası” ad­lanır. Mağara çox böyükdür. İçəri­sində təx­minən 800 baş qoyun olan sürü yerləşə bilir.  Həm də bu mağara­nın hər iki tərəfində 2-6 metr hündür­lükdə səkiyə bənzər yerlər vardır. Bu səkilər amfiteatra oxşayır. Bu həqiqət­lər qədim insanların keçmişdə belə ma­ğaralarda böyük şənliklər və yığıncaq­lar keçirmələrin­dən xəbər ve­rir.[i]

An­tik mənbələrə görə, albanlarda ma­ğara məbədləri də mövcud olub. Bu mağarada əcdadlar yad edilir və onların ruhuna qur­ban kəsilirdi. Burada onların mü­qəddəs tut­duqları əcdadlarının qəbirləri olan qəbir­istanlıq da mövcud olub. Ma­ğaranın müəy­yən dövrlərdə müdafiə və sığınacaq rolu oynadığını isə heç kim inkar edə bilməz. [ii], [iii] 

Mağaraların təd­­­­qiq edilməsi Qərbi Azər­bay­can­da­kı qədim dövr Azərbaycan tari­xi­nin öy­rə­nilməsi ba­xı­mın­dan əhə­miy­­yətlidir.

Bu mağara mü­əy­yən dövr­lər­də­ki erməni– azər­baycanlı münaqişələrin­də azər­baycan­lılar üçün mü­da­fiə və sı­ğı­na­caq rolu oy­nayıb. [i]
 


[i] http://goyce.az/news. php? id=307


 


[i] Xasay Zeynalov. “Göyçəsiz günlərim”. Bakı, “Nurlan”, 2006. Səh.93

[ii] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988–ci il soyqırımı/ Əziz Ələkbərli. – Bakı, 1988. 

[iii] https://az.wikipedia.org/wiki/Ardan%C4%B1%C5%9F