Əsas şəkil

Sulu mağara (zağa)

Tarixi
IV yüzil
Yerləşmə
Əvvəlki toponim

Göyçə mahalı Basarkeçər ra­yonunun Daş­kənd kəndində

Yerləşmə
Hazırkı toponim

Basarkeçər ra­yonu –Varde­nis, Daşkənd kəndi 19.04.1991-ci ildən – Hayrik

Təsnifatı

Arxeoloji abidə

Mövcud vəziyyəti

Ermənilər tə­rə­f­in­dən mənim­sə­nilib, erməni abi­dəsi kimi təqdim olunur.

Məlumat

Sulu zağa adlanan mağara Basarkeçər rayonunun Daşkənd kəndinin şərqində yerləşir.  “Məşədi Qasım dərəsi” de­yilən dərənin yuxarı hissəsində idi. İçərisi su ilə doludur. Su ilə dolu olduğundan ma­ğa­ranın içərisinə girib, öyrənən olma­yıb.[i] Daşkənd kəndində qayalıqların qoynunda 8 böyük və 8–9 xırda zağa (qayaaltı mağara) var idi. Bu zağalardan 4–ü daha məşhur idi. Biri “Sulu zağa” idi, o biri­ləri isə: “Sultanın zağası”, “Mə­həmmədin zağası” və “Binnətin zağası”. Birin­cisinə “Məşədi Qasım zağası” da deyirdilər.[ii]

Daşkənd sözü­nün mənası "sıl­­dırım qaya­lıq və sal daş­lardan iba­­­rət yer" de­məkdir. Daş­kənd kəndi XIV əsrin so­nun­da, (1387-1388) ya­ran­mış­dır. Daş­kənd kən­dinin sa­­kini 130 yaş ömür sürmüş Hacı Məmməd kişi­nin dedi­yi­nə görə, kəndin himi Gəncə böl­gə­sindən gələn Ha­cı Hüseyn adlı dövlətli ki­şi və qohum­ları tə­rəfindən salınmışdır.[i]
 


[i] https://az.wikipedia.org/wiki/Da%C5%9Fk%C9%99nd_(G%C3%B6y%C3%A7%C9%99)

 


 


[i] Xasay Zeynalov. “Göyçəsiz günlərim”. Bakı, “Nurlan”, 2006. Səh.93

[ii] Rüstəm Dastanoğlu, “Ön söz əvəzi”. “Daşkənd və daşkəndlilər”, Bakı: Hərbi Nəşriyyat, 2012. Səh.4