Susuz karvansarası
1828-ci ilədək İrəvan, 1828-1936-cı illər Erivan.
1936-cı ildən etibarən Yerevan.
Memarlıq
Geniş ərazisi, ətrafında və daxilində çoxlu sayda ticarət və məişət obyektləri olan Susuz karvansarası tarixi dəyəri və əhəmiyyəti heçə sayılaraq sırf azərbaycanlı ornamentlərinə sahib olduğu üçün, ermənilər tərəfindən uçurulub, yerində yeni tikililər inşa edilib.
Susuz karvansarası İrəvan şəhərində əhalinin ən sıx yaşadığı məşhur Dəmirbulaq məhəlləsində yerləşirdi. 74 mağazadan ibarət olan karvansara daima qonaqlı olurdu [i], [ii]. Susuz karvansarası bəzi mənbələrdə “Susuz qamçı” karvansarası kimi göstərilir.
Karvansaranın yerləşdiyi Dəmirbulaq məhəlləsində ancaq azərbaycanlılar yaşayıb. 322 evdən ibarət olan Dəmirbulaq məhəlləsi və orada yerləşən karvansaranın əhatəsi şəhərin ən gur yerlərindən idi [iii].
[i] Qarayev, E. İrəvan xanlığı (1747-1828) / Elçin Qarayev; elmi red. Y.Mahmudov; AMEA. A.A. Bakıxanov ad. Tarix İn-tu . – Bakı, 2010 . – S. 74.
[ii] Шопен, И. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи / Иван Иванович Шопен. – СПб.: Типография императорский Академии Наук,1852. – C. 468-469, 878-880.
[iii] Шопен, И. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи / Иван Иванович Шопен. – СПб.: Типография императорский Академии Наук,1852. – C. 468.