- Tarixi
- XVII yüzil
- YerləşməƏvvəlki toponim
Qafan rayonu Acıbac kəndində
- YerləşməHazırkı toponim
Acıbac kəndi 09.04.1991-ci ildən – Acabac adlandırılıb
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1918-ci ildə yandırılıb, dağıdılıb. 1988-ci ilə qədər xarabalıqları qalırdı.
- Məlumat
XVII yüzilliyə aid müsəlman-türk memarlıq üslubunda tikilmiş Tağlı məscidi bölgənin ən böyük ibadət yerlərindən biri idi. Əhalisi ancaq müsəlman olan Acıbac kəndi və ətraf kəndlərin əhalisi bu məscidin həyətindən müqəddəs dini ziyarət yerlərinə zəvvarlar yola salınır, ziyarətdən qayıdanlar orada qarşılanırdı.
1918-ci ildə Andranik Ozanyanın ordusu kəndi dağıtmış, əhalini qırmış, sağ qalanlar dağlarla Ordubada qaçmışlar. Həmin dövrdə Acıbac kəndinin XVII yüzilliyə aid müsəlman-türk memarlıq üslubunda tikilmiş Tağlı məscidi yandırılıb, dağıdılıb. 1922-ci ildən sonra qaçqın əhali yenidən öz doğma kəndinə qayıdıb, təsərrüfatı bərpa edib, ancaq məscidin təmir və bərpasına sovet idarəçiləri tərəfindən icazə verilməyib [i].
Acıbac kəndi tarixən azərbaycanlıların yaşadığı kənd olub. Osmanlı İmperiyasının 1593-cü ildə tərtib etdiyi “Urud və İskəndər qalası livalarının müfəssəl dəftəri”ndə kəndin adı “Acbacı” şəklində göstərilib. Xalq etimologiyası ilə “acı bacı” kimi izah edilir. Sofulu tayfasının qışlaqlarından biri kimi XVI yüzillikdə salınmışdır. Kəndin bütün toponimləri Azərbaycan dilindədir. Tağlı məscidi də kəndin müsəlman kəndi olduğunu təsdiq edir
[i] Urud, M. Zəngəzur: elmi-publisistik nəşr / Musa Urud; ideya və layih. müəl. A.Muradverdiyev; elmi red. V.Əliyev. – Bakı: Nurlar, 2005. – S. 313-314.
