- Tarixi
- XV-XVII yüzil
- YerləşməƏvvəlki toponim
İrəvan əyalətinin şimal-qərbindəki Talın mahalında Alagöz dağı ilə Arpaçay arasında Gümrü və Sərdarabada gedən yolun üzərində yerləşir.
- YerləşməHazırkı toponim
Talın mahalı – Talin, Sərdarabad – 3.01.1935-ci ildən Oktember (Böyük Oktyabr Sosialist inqilabının şərəfinə).
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Ermənilər tərəfindən qoruma altına alınmayan və təmir edilməyən tarixi Talın karvansarasının indiki dövrdə xarabalıqları qalmaqdadır [i].
[i] Якобсон. А.Л. Очерки истори зодчество Армени V-XVII веков. с 105.
- Məlumat
Yol üstündəki karvansara müxtəlif qəbildən olan insanların pənah gətirib, gecələdiyi, istirahət etdiyi yerlərdən olub. Azərbaycanlılara məxsus olan karvansara [i] karvanların və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları və minik vəsaitinin saxlanması üçün böyük həyəti, xüsusi tikilisi olan yer idi. Karvansara ətraf ərazilərin ticari və sosial baxımından inkişaf etməsində mühüm rol oynayırdı [ii].
Azərbaycanlılara aid karvansara mahalın mərkəzi Talından keçən ticarət yolu Tiflis vasitəsilə Qara dənizə və Rusiyaya gedirdi [iii]. Məşhur Talın karvansarası burada yerləşirdi.
[i] Qarayev, E. İrəvan xanlığı (1747-1828) / Elçin Qarayev; elmi red. Y.Mahmudov; AMEA. A.A. Bakıxanov ad. Tarix İn-tu . – Bakı, 2010 . – S. 74.[ii] История Азербайджана по документам и публикациям. – Баку: Элм, 1990. – C. 221.
[iii] Bournoutian G.A. The khanate of Erevan under Qajar rule 1795-1828. Mazda Publishers in association with Bibliotheca Persica. Costa Mesa, California
and New York, 1992. 200. 36.
