Əsas şəkil

Tayaqaya ziyarətgahı

Tarixi
XVIII–XIX əsrlər
Yerləşmə
Əvvəlki toponim

Şörəyel ma­ha­­lının Ağ­ba­­ba nahiyə­si­nin, indiki Amasiya ra­yonunda

Yerləşmə
Hazırkı toponim

Amasiya ra­yonu

Təsnifatı

Memar­lıq

Mövcud vəziyyəti

Türkiyə-Er­mə­nistan ara­sında sərhədi ayıran tikanlı məftillərin ol­duğu ərazidə qa­lıb. Əhali­nin gediş-gə­lişi və piri zi­ya­rət etməsi qa­dağan olu­nub.

Məlumat

Tayaqaya ziyarətgahı keçmiş SSRİ ilə Türkiyənin dövlət sərhə­din­də yer­ləşir. Əvvəllər sərhəd xətti olma­yan­da insanlar ziyarət edə bi­lir­di. Taya­qa­­ya­nın üstündə qədim abi­də möv­cud olub. Sərhəd xətti çəkiləndən son­ra iki dövlət arasın­da­kı sərhəd əra­zisində qalan bu qa­ya möhtəşəm və hündür görünürdü. Adamlar onu uzaqdan belə görməyi xoş­bəxtlik he­sab edirdilər. Yaşlı­la­rın dediklərinə gö­rə, bu, ziyarətgah ol­muş, qədimlər­də müqəddəs yer­lər­dən sayıl­mış­dır. So­nralar unu­dul­sa da, oraya get­mək, bu yeri gör­mək hər kəsin ar­zusu olmuşdur. 

Tayaqaya Ağbabadan Çıldıra, Qar­sa gedən karvan yolunun üs­tün­də yerləş­di­yin­dən adamlar həmişə ge­dib-gə­lən­də onu ziyarət edirdilər.

Tayaqaya zi­yarətgahı və onun ətrafın­dakı qədim türk tayfala­rı­na aid abidə və tikililər bu­ranın qə­dim əhali­si­nin kimliyini ortaya qoyur.