- Tarixi
- XVIII-XIX yüzil
- YerləşməƏvvəlki toponim
Zəngəzur mahalı Qarakilsə rayonu Dəstəkerd kəndində.
- YerləşməHazırkı toponim
Qarakilsə rayonu 02.03.1940-cı ildən – Sisian, Dəstəkerd kəndi – Dəstəkert.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Təkbarmaq çayı üzərindəki azərbaycanlıların inşa etdiyi Daş körpü ermənilər tərəfindən erməni abidəsi kimi təqdim olunur.
- Məlumat
Dəstəkerd kəndindən iki kiçik dağ çayı axırdı. Haça qaya və Təkbarmaq çayları. Bu çaylar Sisian şəhəri yaxınlığındakı Bazarçaya tökülürdü. Təkbarmaq çayı üzərində Daş körpü adlanan 6 metr uzunluğunda, 1,5metr enində, bütöv bir sal daşdan ibarət təbii körpü-keçid var idi [i]. Bu bölgədə bütöv sal daşdan salınan yeganə körpü idi.
Dəstəkert kəndinin bütün toponimləri Azərbaycan türkcəsindədir: Soyuq bulaq, Armudlu bulaq, Sap dərə, Yelli yurd, Kotan düzü, Şərbət içilən, Taxt yurd, Çəmənlik, Şıx Əhməd piri, Qara qəyə piri, Haça qaya.. Körpünün kommunikasiya cəhətdən strateji əhəmiyyəti vardı [ii] .
[i] Urud, M. Zəngəzur: elmi-publisistik nəşr / Musa Urud; ideya və layih. müəl. A.Muradverdiyev; elmi red. V.Əliyev. – Bakı: Nurlar, 2005. – S. 128-129.[ii] Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование) / Г.А.Гейбуллаев . – Баку: Элм, 1986 . – C. 73; Urud, M. Zəngəzur: elmi-publisistik nəşr / Musa Urud; ideya və layih. müəl. A.Muradverdiyev; elmi red. V.Əliyev. – Bakı: Nurlar, 2005. – S. 128-129.
