- Tarixi
- XIV əsr
- YerləşməƏvvəlki toponim
Loru mahalının Allahverdi rayonundakı Yuxarı Axtala kəndində
- YerləşməHazırkı toponim
Allahverdi rayonu –19.09.1969-cuildən Tumanyan
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qalanın divarlarının xarabalığı qalıb, günbəzləri uçub dağılıb, xaraba vəziyyətə düşüb. Qalanın indiki dövrdə yerləşdiyi ərazidə divar hündürlüyü bəzi yerdə 3–3,5 metr, bəzi yerlərdə 1–2 metr olan xarabalığı qalıb. Ermənilər tərəfindən mənimsənilib, “erməni qalası” kimi təqdim olunur.
- Məlumat
Ehtimallara görə, Teymurləng qalası Əmir Teymur tərəfindən XIV əsrin sonlarında Yuxarı Axtala və Böyük Ayrım kəndləri arasındakı ərazidə tikilib. Qalanın inşa edildiyi dövr Əmir Teymurun yaşadığı dövrə təsadüf edir. Yüksək təpəlik ərazidə yerləşən qalanın tikintisində daha çox böyük qaya və çay daşlarından istifadə olunub. Qala dağın ən yüksək zirvəsində yerləşdiyi üçün qalaya getmək çox çətin və təhlükəli idi. Qalanın aşağısından axan Tivet çayı axıb Kürə tökülürdü. Qalanın tikilmə məqsədi həm yola, həm də çaya nəzarət etmək idi. Əmir Teymur özünü, əsgərlərini qorumaq məqsədilə qala üçün müdafiəsi ən uyğun olan yeri seçmişdi.
Azərbaycanlı əhali 1989-cu ilə qədər orada yaşadığı dövrdə qalanı tarixi abidə kimi qoruyub saxlamağa çalışıb, qalanın uçub ətrafa səpələnən daşlarını toplayıb, qalanın içərisinə yığıb. Ermənisan dövləti tarixi qalanın təmir olunmasında maraqlı olmadığı üçün təmirinə maliyyə ayırmayıb[i]. Qala divarlarının eni 1 metr civarında və möhkəm olduğu üçün bu günə qədər gəlib çata bilib.
Yuxarı Axtala kəndi əraziləri qədimdən türk tayfalarının ana yurdu olub. Qala Əmir Teymur tərəfindən ağır müharibələrdən müdafiə məqsədilə tikilib. Daha sonra qala və ərazidə uzun illər Səfəvi hakimiyyəti hökm sürüb.
[i] Mənbə; İmanov Tofiq Allahverdi oğlu, Yuxarı Axtala kənd sakini
