Təzə məscid
İrəvan qəzası Zəngibasar rayonunda Aşağı Necili kəndinin Zəngi çayına yaxın hissədə yerləşir.
31.12.1937-ci ildən Zəngibasar, 14.01.1961-ci ildən – Masis rayonu Aşağı Necili kəndi 25.01. 1978-ci ildən – Sayat Nova adlandırılıb.
Memarlıq
1988-ci ildə ermənilər kəndə hücum edib, evləri dağıdıb və yandıraraq azərbaycanlıları köçməyə məcbur edib. Bu hücumlar nəticəsində Aşağı Necilidəki Təzə məscid də dağıdılıb.
Aşağı Necili kəndindəXX yüzildə tikilən Təzə məscid adlanırdı. Kənd sakinləri ibadətvə mərasimlər üçün məsciddə toplanırdı. Aşağı Necili kənd camaatı dini adət, mərasim və ibadətlərə ciddi münasibət göstərir, ibadətlərini vaxtı vaxtında yerinəyetirirdi. Kənddə 1831-ci ildə 411, 1873-cü ildə 1183, 1886-cı ildə 1147, 1897-ci ildə 1178, 1908-ci ildə 1430, 1914-cü ildə 1573, 1916-cı ildə 1074 nəfər yalınz azərbaycanlı yaşamışdır [i]. 1918-1919-cu illərdə erməni daşnaklarının hücumu nəticəsində kənd dağıdılıb, yandırılıb, əhalisinin bir qismi soyqırıma məruz qalıb, sağ qalanlar isə Türkiyə ərazisinə sığınıblar. Sovet hakimiyyətinin ilk illərində kənd əhalisinin bir hissəsi kəndə qayıdıb, oranı bərpa edib.
1950-ci ildə kəndin əhalisinin bir hissəsi deoprtasiya olunub, kəndə xaricdən gələnermənilər yerləşdirilib. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri [ii], [iii], [iv], [v].
Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə “nəcli” türk etnonimi əsasında əmələ gəlib. Etnotoponimdir. Toponim Aşağı Necilinin türk-oğuz yurdu olduğunu təsdiq edir. İslamı qəbul edən kənd əhalisi məscid tikib, dini mədəni inkişafda iştirak edib. Ərazidəki məscid dini mədəni abidə kimi Azərbaycan tarixi üçün əhəmiyyət kəsb edir
[i] Qorqodyan, Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi / Z.Qorqodyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 48-49, 128-129.
[ii] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 2008. – S. 76.
[iii] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov, H.Məmmədov (Qaramanlı). – Bakı: Elm, 1996. – S. 30.
[iv] Шопен, И. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи / Иван Иванович Шопен. – СПб.: Типография императорский Академии Наук,1852. – C. 547-550;
[v] https://az.wikipedia.org/wiki/A%C5%9Fa%C4%9F%C4%B1_Necili;http:// ensiklopediya.gov.az/az/terms/4114/cild/14