- Tarixi
- XVIII-XIX yüzil
- YerləşməƏvvəlki toponim
Hamamlı rayonu Cacur kəndi yaxınlığında
- YerləşməHazırkı toponim
Hamamlı rayonu– 26.10.1949-cu ildən Spitak
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1988-ci ildə azərbaycanlıların tarixi torpaqlardan deportasiyasından sonra, ziyarətgah ermənilər tərəfindən mənimsənilib və erməni ziyarətgahı kimi göstərilir.
- Məlumat
Toparlı piri kəndin kənarındakı hündür qayalıq təpədə yerləşir. Pirin olduğu ərazi qara, boz, sarı, oymalı, dəlikli və xınalı sal qaya daşları, yaşıl otlar və ağaclarla əhatə olunmuşdur.[i] Arzusuna çatmaq istəyən insanlar bura gəlirdi. Gənc qızlar, övladı olmayan gəlinlər, əsgər yolu gözləyənlər və.s niyyət edib ağaca və kollara rəngli parça düyünləyib bağlardı. Toparlı piri el arasında məşhur idi. Ətraf kəndlərdən də azərbaycanlı əhali piri ziyarət etməyə gəlirdi. İnsanların ümid və arzuları üçün pənah apardığı pir xalqın sakral inancını təmsil edirdi.
Azərbaycan və müsəlman–türk dünyasının ruhsal–irfan ocaqları kimi Toparlı piri də tarixi torpaqlardakı Azərbaycan mədəni irsinin nümunəsidir.[i] https://www.facebook.com/photo/?fbid=195253547217450&set=a.101561346586671
