Əsas şəkil

Toxluca qəsəbəsində dini məktəb

Tarixi
XIX-XX yüzil
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lı­nın Çəmbərək rayonundakı Toxulca kən­dində

Yerləşmə
Hazırkı toponim

Çəmbərək rayonu – 1920-ci ildən–Kras­na­selo, Toxluca kəndi  09.04.1991-ci ildən–Draxtik

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Dini məktəblər sovet haki­miy­yəti tərəfindən ləğv edildikdən son­ra məktəb­lərin yer­ləşdiyi mülk­­lər ermə­ni­lər tərəfindən mə­nimsənilib, başqa məqsəd­lər­lə istifadə (an­­­bar, idarə bi­­nası və s) olu­nub.

Məlumat

Toxlucada uzun müddət Uvoylar tay­fa­sından Hacı Hümbətin oğlu "qlava Bay­ram"ın, yəni Qara Bayramın (onun əmiləri Hacı Əhməd, Hacı Məhəmməd adlı–sanlı, imkanlı və nüfuzlu ağ­saqqal­lar olmuşlar) təsis etdiyi və bu məqsədlə Təbrizdən xüsusi olaraq dəvət etdiyi Axund tərəfindən, eləcə də sonralar Mə­şədi Mir İsmayıl Ağa və Molla Əhməd (akademik Hüseyn Əhmə­dovun babası), nəhayət, mollalar tayfa­sının tanınmış üləmaları–Molla Zülfüqar–Qara Molla, Molla Mustafa tərəfindən davam etdi­ri­lən dini məktəblər fəaliyyət göstərib. Qə­səbənin müxtəlif ərazilərində bir neçə si­nifdən ibarət olan məktəblər imkanlı şəxs­lərin maddi köməkliyi ilə tikilib. 1929-cu ildən isə həm də dünyəvi mək­təblər fəaliyyətə başlamışdır.[i]

Toxlucada al­banların, oğuz və qıpçak tay­fa­­la­rı­nın yaşa­ması və   İslam dinini tədris edən mək­təb­lərin ol­ması bu­rada azər­bay­can­lıla­rın qə­dim tarixi döv­rə aid maddi–mədəni irsə ma­lik ol­du­­ğu­nu göstərir.
 


[i] https://az.wikipedia.org/wiki/Toxluca