- Tarixi
- E.ə III-II minillik
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Çəmbərək rayonundakı Toxulca kəndində
- YerləşməHazırkı toponim
Çəmbərək rayonu–1920-ci ildən–Krasnaselo, Toxluca kəndi–9 aprel 1991-ci ildən–Draxtik
- Təsnifatı
Arxeoloji abidə
- Mövcud vəziyyəti
Toxluca qəsəbəsindən arxeoloji qazıntı nəticəsində çıxarılan içi boş küpələr, müxtəlif saxsı parçaları, kiçik qarmaqlar və müxtəlif əşyalar ermənilər tərəfindən mənimsənilib, İrəvandakı müzeydə ermənilərə aid qədim eksponatlar kimi nümayiş etdirilir. Həmçinin Alban tayfalarına məxsus xaçlı baş daşları olan qəbiristanlıq mənimsənilib. Oğuz qəbirləri dağıdılıb.
- Məlumat
Tarixi qaynaqlardan bəlli olur ki, Toxluca ərazisində məskunlaşma eramızdan əvvəl III-II minilliklərə təsadüf edir. XX əsrin 70-ci illərində dəmir yolu çəkilərkən, kəndin cənub–qərbindəki Ara güney (Araguney– Arequni, Arqun–Ərhun–H.B.) dağ silsilələri ərazisində ermənilər tərəfindən aparılan qazıntılarda 2–3 metr dərinlikdən içi boş küplər, müxtəlif saxsı parçaları, kiçik qarmaqlar və müxtəlif əşyalar çıxırdı. Burada Tunc dövründən insanların yaşadığını sübut edən faktlar var. Hələ sovet dövründə rus alimləri Göyçə gölünün cənub–qərb sahillərində məskunlaşmanın tunc dövrünə aid olduğunu arxeoloji qazıntılarla sübut etmişdilər. Daha əlverişli coğrafi mövqeyə və iqlim şəraitinə malik olan ərazidə həmin dövrdə insanların məskunlaşmasına şübhə ola bilməz.
Qəsəbənin müxtəlif ərazilərində qədim oğuz qəbirlərinin tapılması və bu qəbirlərdəki insan skletlərinin müasir insanın bədən ölçülərindən böyük olması bir daha burada məskunlaşmanın tarixinin qədimliyini sübut edən faktlardan biridir. Toxluca qəsəbəsinin şimal–qərb hissəsindəki (Çal ərazisində) xaçlı baş daşı olan qəbiristanlıq alban tayfalarına məxsusdur.[i]
“Toxluca” toponimi Toxluca–Toğluca–Tukluca–Tukulusca formatına söykənir və qıpçaqların tuk boyuna bağlıdır. Qəsəbənin müxtəlif ərazilərində qədim Oğuz qəbirlərinin tapılması Toxlucanın qədim oğuz yurdu olduğunu təsdiqləyir.
[i] https://az.wikipedia.org/wiki/Toxluca
